Beynin daha yaxşı fokuslanması

Biznesmen olaraq hər zaman birdən çox mövzu ilə maraqlanmalı olursunuz. İş yoldaşlarınızdan, işçilərinizdən, müştərilərinizdən davamlı gələn istəklər, elektron məktublar və ya telefon zənglərinə görə beyninizi bir mövzuya fokuslamanız çətin ola bilər.

Sizin fokuslanmağınıza təsir gösətərən ətrafınızdakı səsi və digər maneə törədən mövzuları azaldaraq və beyninizin tutum limitlərini öyrənərək fikirlərinizi istədiyiniz mövzuya fokuslamağı yüksək şəkildə edə bilərsiniz.

Beynimiz diqqət dağıdıcı ünsürlərə çox yaxşı reaksiya verdiyi üçün günümüzün rəqəmsal (digital) dünyası işə fokuslanmağı mühim şəkildə tələb etməkdədir. NeuroLeadership İnstitute-nin qurucusu və Your Brain at Work kitabının yazarı David Rock diqqətin dağılmasının səbəbini ətrafda olan nəyinsə dəyişməsi ilə bağlı olduğunu və beynimizin bizə "Diqqətini bu dəyişməyə yönləndir, bəlkə sənin üçün təhlükəli yada lazımlı ola bilər" siqnalını ötürməsində görməkdədir. Beynin reaksiyaları avtomatikdir və siz onu virtual olaraq dayandıra bilmərsiniz.

Rocka görə çox işi bir yerdə edə bilmək xüsusi və əhəmiyyətli bir bacarıq olsada bəzi dezavantajları vardır. "Eyni anda birdən çox iş görmək zəkamızın azalmasına və İQ-müzün düşməsinə səbəb olur. Xırda xətalar edərik, mövzunun gedişatını itirərik və bəzi kəlimələri hecalayarıq.

Bu yazıdakı əsl məqsəd bir işə davamlı olaraq fokuslanmağı öyrətmək deyildir. Hər gün müəyyən aralıqlarla diqqət dağıdıcı ünsürlərdən çəkinməyimizin, işlərimizdə daha yaxşı fokuslanmağımıza göstərdiyi müsbət təsiri izah etməkdir. Rock gündə 20 dəqiqə bir mövzuya dərin fokuslanmağımızla həyatımızda bəzi dəyişiklikləri edə biləcəyimizi söyləyir.

Daha yaxşı fokuslana bilmək üçün və daha intensiv işlər ortaya qoya bilmək üçün bu mövzuda 3 pik qaydanı istifadə edə bilərik

1. Günə yaradıcı işləri edərək başlayın

Çox vaxt özümüzdən aslı olmayaraq düşünmə, fokuslanma və əsasəndə bizə çətin görünən işləri sonraya daha əvvəl isə asan bildiyimiz işləri görməyə çalışarıq. Bu vəziyyət gün sonu yaxınlaşdıqca enerjini bitirər və gücünüzü azaldar. Əsas və fokuslanacaq işinizə zaman ayırmaq lazım gəldiyində isə artıq əvvəlki gücdə ola bilmirsiniz. Buda o deməkdir ki, işi beyninizin yorğun və daha zəif işləyən vaxtı ilə etməyə çalışırsınız. Aldığınız hər bir qərar beynin yorulmasına səbəb olur.

Təsirli bir fokuslanma üçün sıralamanı tərsinə çevirmək lazımdır. Sabah ilk olaraq yaradıcılıq və fokuslanma tələb edən işlərinizi görməyə və onlara yönəlməyə çalışın. E məktubları təmizləmək və yeni görüşlər planlamağı iş zamanınızın sonuna saxlayın.

2. Vaxtınızı diqqətli şəkildə bölüşdürün

Minlərcə insanla edilən edilən bir araşdırmaya görə bir insan bir həftəlik iş periodunda sadecə ortalama olaqraq 6 saatını tam gücü ilə bir işə fokuslana bilir. Əgər bir işi tam şəkildə etmək istəyirsinizsə görəcəyiniz işi bu müddət içərisinə daxil edin. Bəzi insanlar bu fokuslanmanı ofisdə bəziləri evdə bəziləri səhər və bəziləri isə gece saatlarında edə bilirlər. Rockun axtarışlarına görə 90 % insan  ofisdən qırağda olanda tam fikrini cəmləyə bilir. Ən yaxşı nə vaxt və haradabütün fikirlərinizi cəmləyə bildiyinizi və bir işə fokuslana bildiyinizi kəşf edin və bitirməniz lazım olan işi o vaxt ərəfəsində etməyə çalışın.

 

 

3.Beyninizi hər hansısa bir əzələniz kimi inkişaf etdirin

Birdən çox işi eyni vaxtda görmək beyninizin rahat şəkildə uyğunlaşa biləcəyibir normadır. Sadecə bunu rahat şəkildə edə bilməməyimizin səbəbi beynimizi qırağdan gələn və diqqət dağıdıcı ünsürlərə reaksıya verəcək şəkildə təlimləndirməyimizdir. Əgər siz bunun əksini etsəniz və davamlı olaraq beyninizə fokuslanma təlimləri versəniz  fokuslanmanın sizdə necədə əla alındığını zamanla görəcəksiniz. Kiçik addımlarla işlə başlayın. İlk əvvəl gündə 5 dəqiqə diqqətinizi fokuslamağa çalışın. Sonra zaman keçdikcə artırın. Fokuslanmağı yaxşı performansda olmaq üçün inkişaf etdirməyiniz lazım olan bir əzələ kimi düşünün.

How to Train Your Brain to Stay Focused