Bir milyarderin həyatı - Warren Buffett

Buffett 77 milyard dollar ilə dünyanın dördüncü ən varlı şəxsidir.

Onun Nebraskadakı sadə evinin qiyməti ümumi sərvətinin 0.001%-nə bərabərdir və heç bir zaman səhər yeməyinə 3.17 dollardan artıq xərcləmir.

Əfsanəvi investoru yaxından tanıyaq.

Warren Buffett Nebraska ştatının Omaha şəhərində 1930-cu ildə Howard və Leila Buffetin ailəsində doğulmuşdur. Onun atası Nebraska ştatından 4 dəfə konqresə seçilmiş və birja dəllalı idi.

The

Uşaqların çoxu küçədə oynayarkən, balaca Buffet “Wall Street”in analitikləri ilə bir masa arxasında otururdu.

While most kids were playing stickball out in the street, Buffett was rubbing elbows with Wall Street's most powerful players.

10 yaşı olarkən, Buffett “Wall Street”də çalışmağa başladı.

Buffet investisiya sahəsində erkən başlayıb. 11 yaşı olarkən ilk səhmini aldı.

Buffett caught the investing bug early. When he was 11 years old he purchased his first stock.

O, “Cities Services Preffered”in 3 səhminin hər birini 38 dollara aldı. Balaca Buffett səhmlərin qiyməti 27 dollara düşsə də, satmadı. Lakin, sonra səhmin qiyməti 40 dollara çatanda satır.

Buffett bir az da gözləsəydi kiçik qazancı lap çox artardı. Belə ki, “Cities Services Preferred” səhmlərinin qiyməti az bir müddətdə 200 dollara qalxdı.

Bu təcrübə onun indiyə qədər sadiq qaldığı (almaq və saxlamaq) investisiya strategiyasının yaranmasında vacib maliyyə dərsi oldu.

Buffett məktəbdə oxuduğu illərdə pul qazanmaq müxtəlif işlərdə çalışıb. Bunlara misal olaraq, qəzetlərin çatdırılması, saqqız və sərin içkilərin satışı və maşın yumağı misal göstərmək olar.

Müxtəlif işlərdə çalışan Buffett artıq 16 yaşına qədər indiki pulla 53 000 dollar qazanmışdı.

 
Through his various business endeavors, Buffett amassed a small fortune of $53,000 (in today's money) by the time he was 16.

Yeniyetmə kimi o qədər pul qazanmışdı ki, Pensilvaniya Universitetinin prestijli Wharton Biznes Məktəbindən gələn qəbul təklifindən imtina etmək istəyirdi. Atasının sözündən sonra universitetə getdi və iki il sonra Nebraskaya qayıdaraq Nebraska Universitetində təhsilini davam etdirməyə başladı.

Bakalavr dərəcəsini bitirdikdən sonra Buffett Kolumbiya Biznes Məktəbində təhsil almaq üçün Nyu Yorka getdi.

 
After completing his undergraduate studies, Buffett moved to New York to attend Columbia's School of Business.

 

Buffettin Kolumbiya Biznes Məktəbini seçməyi tanınmış “Wall Street” kitabı olan “Ağıllı İnvestor” (The Intelligent Investor) kitabına görə idi. Oxumağı sevən Buffett bu kitabı ilk dəfə 19 yaşında əlinə almış və “dəyər investisiyası”nın (value investing) fəlsəfəsi onun həyatını dəyişdi.

Baxmayaraq ki, kitabın müəllifi Ben Qrahamın dərslərindən A+ alan yeganə tələbə Buffett idi, Qraham onu yəhudi olmadığına görə öz şirkətində işə götürməkdən imtina etdi. Hətta, Buffettə “Wall Street”də karyera xəyalından əl çəkməyi məsləhət elədi.

Beləliklə, 1951-ci ildə magistr dərəcəsini əldə etdikdən sonra, Buffett Omahaya qayıdaraq atasının broker şirkətində 3 il çalışdı.

 
Buffett got hitched in 1952.

Buffett 1952-ci ildə atasının şirkətində çalışdığı zaman Susan Thompson ilə ailə həyatı qurdu. Cütlüyün üç övladı oldu: Susan, Howard və Peter

Cütlük üçün evliliyin əvvələrində hər şey yaxşı getmirdi. Onlar çox sadə üç otaqlı evə görə aylıq 65 dollar kirayə pulu verirdilər.

Buffett 1957-ci ildə Omahada 31 500 dollara beş otaqlı ev aldı. Hazırda da həmin evdə yaşayır.

Uorren ilə Susan arasında münasibətlər normal getmirdi. Susan 2004-cü ildə vəfat edənə qədər onlar evli olaraq qaldılar. Lakin, evlilik müddətinin təxminən yarısını birlikdə keçirmədilər.

Xanım Buffett ərindən 45 yaşı olarkən ayrıldı. O, Uorrenlə evli olaraq qalsa da, San Fransiskoda yaşadı.

Buffett yenidən Nyu Yorka qayıtdı.

Buffett moved back to the Big Apple.

Sonda Qraham fikrini dəyişdi və 1954-cü ildə Buffettə Nyu Yorkda iş təklifi etdi.

Buffett mentorunun yanında “Graham-Newman Corp”da analitik kimi iki il çalışdı. Buffett bu işində indiki pulla ilinə 105 000 dollar qazanırdı.

Benjahim Qraham 1956-cı ildə partnyorluğunu bağlayan zaman, Buffett sevdiyi yerdə Omaha ştatında “Buffett Partnership Ltd”ni yaratdı.

32 yaşına qədər artıq milyoner idi.
 
He was a millionaire by age 32.

Warren 1950-ci illərin sonlarından etibarən 7 partnyorluq açdı. Partnyorluqlarından əldə etdiyi qazancla 1962-ci ildə milyoner oldu.

Buffett bütün partnyorluqlarını birləşdirərək tekstil istehsal edən şirkət olan “Berkshire Hathaway”ə investisiya etməyə başladı.

Buffett merged all his partnerships into one and invested in a textile-manufacturing firm, Berkshire Hathaway.

1962-ci illərin əvvəllərində Buffett “Berkshire Hathaway”in səhmlərini almağa başladı və sonda şirkətə nəzarəti əlinə keçirtdi.

Bugün, şirkətin bir səhminin qiyməti nə az, nə çox 270 420 dollardır.

1960-cı illərin sonunda Buffett “Berkshire Hathaway”i tekstildən sığorta işinə keçid elədi. 

In the late 1960s, Buffett shifted Berkshire Hathaway from textiles to insurance.

Buffettin sərvəti 1982-ci ildə 376 milyon dollar idi. 1983-cü ildə sərvəti 620 milyon dollara qalxdı.

1986-cı ildə 56 yaşı olarkən Buffett milyarder oldu.

1988-ci ildə Buffett Coca-Colanın artıq 7%-nə sahib idi. 

Buffett owned about 7% of Coca-Cola Co. by 1988. It ended up being one of his best investments.

Buffettin “Coca-Cola”ya 1 milyard dollarlıq investisiyası dividendləri nəzərə almaqla 27 il ərzində 16 dəfə artmışdır. Bu da illik təxminən 11% gəlir deməkdir.

2008-ci ildə Buffett dünyanın ən varlı insanı oldu.

In 2008, Buffett became the richest person in the world.

O, son 13 ildə Forbes-in siyahısında birinci pillədə qərarlaşmış Bill Qeytsi ötərək 62 milyard dollar ilə 2008-ci ildə dünyanın ən varlı insanı oldu. Sonrakı il Qeyts yenidən öz mövqeyinə qayıtdı və Buffett ikinci pilləyə düşdü.

87 yaşlı Buffettin telefonu yoxdur və ictimai nəqliyyatdan istifadə etməyə üstünlük verir. Bu o demək deyil ki, Buffett simic biridir.

2016-cı ildə Buffet özünün xeyriyyəçilik rekordunu yeniləyərək “Berkshire Hathaway”ə məxsus 2.86 milyard dollarlıq səhmlərini müxtəlif xeyriyyə fondlarına ianə etdi. Beləliklə, onun ianələrinin ümümi dəyəri 28.5 milyard dollara çatdı.

Buffett 2011-ci ildə Prezident Obama tərəfindən Prezidentin Azadlıq Medalı ilə təltif olunub.
 
Buffett was presented with the Presidential Medal of Freedom by President Obama in 2011.

Trampın ötən ilin prezident seçilməsindən sonra Buffett 12 milyard dollar dəyərində səhm alıb.

Buffett has purchased $12 billion of stock since Trump's win in November.

Son aylarda Buffett “General Electric”də investisiyasını satdı və “Bank of America”nın ən böyük səhmdarı oldu.

Mənbə: Moneta