“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə avtomobil aksesuarları və yağları ixrac edilib

Azərbaycanda fəaliyyət göstərən "AV İmpex" MMC "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsilə Gürcüstana avtomobil aksesuarları və yağlarını ixrac edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, "AV İmpex" MMC-nin nümayəndəsi Vüsal Civişovun ABŞ, Hindistan və Çindən idxal etdiyi avtomobil aksesuarları və yağlarının Gürcüstana ixracı üçün tələb olunan sertifikatlar barədə ərizəsi müsbət cavablandırılıb. İqtisadiyyat Nazirliyinin "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinə inteqrasiya olunan xidməti ixrac üçün mənşə sertifikatının 4 saat müddətində tam hazır edərək sahibkara təqdim edib.

"AV İmpex" MMC-nin nümayəndəsi V.Civişov sertifikatı əldə etdikdən sonra bildirib ki, "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsilə ixrac olunan sertifikatı qısa müddətdə əldə etməyə nail olub. O əlavə edib ki, Mərkəzdə sahibkarların effektiv və səmərəli ixracı üçün hər bir şərait yaradılıb.

Qeyd edək ki, "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi "Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli Fərmanı əsasında yaradılıb. "Bir Pəncərə" İxraca Dəstək Mərkəzində beynəlxalq baytarlıq və fitosanitar sertifikatları, keyfiyyət sertifikatı, mənşə sertifikatı, vəhşi fauna və yabanı flora növlərinin ixracı üçün icazə, mədəni sərvətin mühafizə şəhadətnaməsi və dini təyinatlı ədəbiyyatın ixracına razılıq sənədi verilir. "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin binasında (Landau küçəsi 16) fəaliyyət göstərir.

©AZƏRTAC


  • Haqqımızda

    Biznesmen.az Azərbaycanda sahibkarlığın mövcud vəziyyətinin daha da sürətlənməsi üçün fəaliyyət göstərməkdədir. Ölkədəki sahibkarlar biznesmen.az vasitəsi ilə dünyada və ölkədə biznes və alt ixtisaslarda nələrin baş verdiyini, nə kimi yeniliklərin olduğunu oxuya bilər, ölkəmizdə olan və dünya mütəxəssislərinin reportajlarını dinləyə bilər, sahibkarları yaxından maraqlandıracaq mövzularla baş tutacaq radio verlişlərimizi dinləyə bilərlər. Bizneslə bağlı maraqlı verlişləri, saytımızdan və sosial şəbəkədə olan hesablarımızdan izləyə bilərlər. 

  • Seçilmiş yazılar

  • Twitter yazıları