Biznes qurmadan öncə nələrə diqqət etməliyik?

İş qurmağı düşünürsünüz ? Yəqin ki, necə bir mal istehsal edəcəyinizi, internet səhifənizi necə  dizayn edəcəyinizi və yaxud necə xidmət göstərəcəyinizi bilirsiniz. Bəs digər şeyləri necə?

Dünyaya səs salacaq bir iş sadəcə bir gecə içində ortaya çıxmaz.  Perspektivli bir iş qurmaq üçün həm səbirli olmaq, həm də intensiv çalışmaq lazımdır. Hansı işi görürsünüz görün, işə başlamadan öncə düşünməli olduğunuz 8 vəziyyət aşağıdakılardır:

  • Maliyyə vəziyyətiniz haqqında realist olun

Bu dəqiqə həyatınızda hansı nöqtədə olduğunuzu düşünün. Daimi bir maaşı və yaxud digər üstünlükləri itirməyə hazırsınızmı? Dəstəyinizə ehtiyacı ola ailəniz, ödənəcək kreditiniz varmı?

Görəcəyiniz işdən gəlir əldə etmək 6 aydan 6 ilə qədər çəkə bilər. İlk satışınızı reallaşdırmağın nə qədər davam edəcəyini hesablayıb, o zamana qədər sizə yetəcək əmanətiniz və ya mal varlığınız olub olmadığını müəyyənləşdirin. Və iş bütcənin planlanmasına gəldikdə diqqətli olun. Çünki planladığınız şeylər əksər hallarda daha çox zaman və pul tələb edir. Yəni əlavə xərclər də ortaya çıxa bilər.

  • Markalaşmaq üçün beyin fırtınası edin, daha geniş düşünün.

Marka adının müəyyənləşdirilməsi markanızın rəsmi başlanğıcı sayılır. Ad seçərkən, bir ismə çox bağlanmadan, bu ismin internetdə istifadə üçün əlverişli, legal olaraq uyğun olduğunu bilmək çox faydalı olacaqdır.

Əvvəlcə müəssisə adını axtarmalı, daha sonra yaşadığınız ölkədə tapdığınız bir adı almaq üçün heç bir problem olmadığından əmin olmalısınız. Daha sonra əgər bu adın alınmağında heç bir problem yoxdursa, bu ad altında qeydiyyatlı bir markanın (trademark search) olub olmadığını araşdırın.

Əgər istifadə etmək istədiyiniz marka adının uyğun olduğunu müəyyənləşdirdinizsə, çox vaxt itirmədən bu adın ticari marka haqlarını öz adınıza keçirə bilərsiniz. Çalışın iş haqqında fikirlərinizi sadələşdirin.

  • İş haqqında fikirlərinizi tamamlayın

Həll etmək istədiyiniz problem nədir? Kimin həyatını yaxşılığa doğru dəyişmək istəyirsiniz və bunu necə edəcəksiniz? İş prosesinin başlanğıcında etməli olduğunuz şey, işinizin tam olaraq nə olduğunun sərhədlərini müəyyənləşdirməkdir. Real bir marketinq, iş modeliniz və dəyəriniz olduğundan əmin olun və işinizə sadəcə “özünüz özünüzün müdiri” olmaq istədiyiniz üçün başlayın.

Bu vəziyyətdə sizin eləməli olduğunuz 100 səhifəlik iş planı hazırlamaq deyil. Bu plan ağlınızdakı fikirləri müəyyənləşdirib, əsas hissələri ətraflı şəkildə və başa düşülən formada olmalıdı.

  • Network, Network, Network

Nə qədər çox insan tanıyırsınızsa deməli o qədər qazanclısınız. Tanış olduğunuz hər insan, potensial müştəri, ortaq, məsləhətçi və hətta sizin ilham qaynağınız ola bilər. Öz sahənizdə peşəkar insanlarla və ya yeni başlayan iş adamları ilə diyaloq qurmaq sizin üçün çox yaxşı ola bilər. Məsələn, onlara çay təklif edə bilərsiniz, və ya telefon vasitəsilə danışa bilərsiniz. Onlarla daha çox qazandıqları təcrübələr haqqında söhbət edin.

Utancaq olmağın yeri deyil. İnsanların vaxtına hörmətlə yanaşmalısınız. Ancaq tanışlıq üçün qorxusuz olmalısınız. Eyni zamanda görüşdükdə qarşınızdakı insana danışma fürsəti verin. Əgər restoranda yemək yeyir və ya çay içmisinizsə öz hesabını ödəməsinə icazə verin, nəzakət olaraq isə təşəkkür etməyi unutmayın.

  • Qısa təqdimata hazır olun.

Əvvəlcədən hazırlanmış standart mətinlər o qədər də xoş gəlməyə bilər. Lakin gerçəklərlə üzləşin. Əgər bir iş qurursunuzsa, insanlar sizə işin nə ilə əlaqəli olduğunu soruşacaqlar. Sizin verəcəyiniz cavabların keyfiyyəti çox vacibdir. İctimaiyyətlə əlaqələr sizə fürsətlər yarada bildiyi kimi, eyni zamanda zərər də verə bilər.

İşinizin nə olduğu haqqında qısa xülasə yazın. Bunun bir neçə versiya ola bilər. Çünki danışacağınız mövzu sizi dinləyən şəxsə və ya sizin danışma müddətinizə görə dəyişə bilər (Məsələn bir mağazada 20 saniyə və ya bir partidə 5 dəqiqə). Danışdığınız zaman ixtisas terminlərini çox işlətməkdən çəkinin.

  • Quracağınız iş haqqında dəqiq qərar verin

Sadəcə özünüz üçün bir müəssisə yaradacaqsınız yoxsa böyük bir şirkətmi? Özünüz üçün yaradacaqsınızsa, bu, ən sadə olanıdır. Özünüz üçün şəxsi müəssisə qurursunuzsa, bu sizə öz pulunuzla, şirkət pulunu ayırmaq üçün imkan tanımır. Lakin bir şirkətə sahib olsanız şəxsi maliyyənizi şirkətdən uzaq, ayrıca saxlaya bilərsiniz.

İşi qurarkən hər hansı bir maliyyə müşaviri ilə və ya vergi məsləhətçisi ilə görüşsəniz faydalı olar. Daha sonra müvafiq dövlət sənədlərini həll edərək işə davam edə bilərsiniz.

  • Düzgün iş qeydiyyatı aparın

Müəssisənizin adını müəyyənləşdirdikdən sonra bir bank hesabı aça bilərsiniz. Ödənmiş müqavilələriniz və ya hazır sifarişləriniz varsa bu addım çox vacibdir. Bu vəziyyətdə vacib olan sizin mallarınız və ya göstərəcəyiniz xidmətlərdir. Eyni zaman maliyyə qeydiyyatlarının aparılması da çox vacibdir. Xərclərinizin hesabatını mümkün olduğu qədər tez tutmağa çalışın. Hər xərci hesablamaya bilərsiniz, amma hesabladığınız hər bir xərc bir uğurdur.

Əgər vergiləri özünüz hesablamısınızsa, müəssisə vergilərinin giriş və çıxışlarını dəqiqləşdirmək üçün vergi mütəxəssisi ilə görüşün

  • Uğurun sizin üçün nə demək olduğunu düşünün

Biznesə gedən yolda bu çox vacibdir. Hərəmizin ayrıca prioritetlərimiz və dəyər verdiyimiz bəzi şeylər vardır. Bəziləri üçün həyat – iş balansını saxlamaq bir uğurdur, bəziləri üçün isə zəngin olub tez təqaüdə çıxmaq.

Uğurun sizin üçün nə demək olduğunu başa düşün və sizi uğura aparan yol haqqında düşünün. Çoxlu pul qazanmağı xəyal edirsinizsə, təbii ki, bu mümkündür. Bir şeyi yadda saxlayın: Dünyada xəyallarının arxasınca gedib, bundan zövq alan və milyonlar qazanan çox insan var..


  • Haqqımızda

    Biznesmen.az Azərbaycanda sahibkarlığın mövcud vəziyyətinin daha da sürətlənməsi üçün fəaliyyət göstərməkdədir. Ölkədəki sahibkarlar biznesmen.az vasitəsi ilə dünyada və ölkədə biznes və alt ixtisaslarda nələrin baş verdiyini, nə kimi yeniliklərin olduğunu oxuya bilər, ölkəmizdə olan və dünya mütəxəssislərinin reportajlarını dinləyə bilər, sahibkarları yaxından maraqlandıracaq mövzularla baş tutacaq radio verlişlərimizi dinləyə bilərlər. Bizneslə bağlı maraqlı verlişləri, saytımızdan və sosial şəbəkədə olan hesablarımızdan izləyə bilərlər. 

  • Seçilmiş yazılar

  • Twitter yazıları