Biznesmen olimpiya idmançısıdır

Biznesmenin iş qurmaqdakı əsas motivasiyası, şirkətini tez bir zamanda böyüdüb sataraq milyarder olmaq yada birilərini idarə etmək deyildir. Əsas hədəf, insanların ehtiyacını qarşılayacaq bir iş ortaya qoymaq, həyata məna qatmaq və bir dəyər yaratmaq olmalıdır.

Vaxt, əmək və maliyyə baxımından sıxışdırıcı olan bu çətin yol, tək nəfərlə deyil ortaq məqsədə çalışan və bir birlərinə daima güvənən komanda ilə gedilə bilinər. Bu komandanı bu kollektivi qura bilmək üçün isə şirkətimizi pay hissələrə ayırmağı belə gözə almalıyıq. Digər bir əsas məsələ isə böyük bir bazarı hədəfləmədikcə və məhsulumuzun hədəf kütləsi böyük olmadıqca axtardığımız o iqtisadi gücü tapa bilməyəcəyik. Bu bazar böyüklüyünü ölçə bilmək üçün "Məhsulumuz neçə nəfərin ehtiyacını qarşılayacaq? Neçə nəfərin belə bir problemi var? Neçə insan bu məhsulu ehtiyacını ödəmək üçün almaq istəyəcəkdir? Əsas məsələ neçə insanın bu məhsulu almağa gücü var?"  sualarını cavablamalı və hədəf kütləmizin kim olduğunu bilməliyik.

Əsas məsələ suallarımızı cavablamaq üçün lazımlı olan görüşləri tanıdığımız insanlarla deyil tanımadığımız insanlarla keçirtməliyik. Unutmamağımız vacib olan məsələlərdən biri də işi qurmadan əvvəl hipotezləri yaratmalıyıq. Ancaq bu zaman quracağımız işin sonunun bir qumar oyunu kimi sonda nə olacağı bilinməyən bir oyuna çevrilməyəcəkdir.

Son olaraq təcrübəli insanlardan qurulan komandamız, bizi böyük pul itkilərindən qoruyacaq və biznes layihəmizin daha sürətli və uğurlu sonlanmasını təmin edəcəkdir.

Biznesmen, vəziyyəti obyektiv olaraq davamlı idarə edə bilən, özü və komandası üçün lazımlı motivasiyanı yarada bilən bir olimpiya idmançısıdır.

Bu marafona qatılmanız diləyi ilə.