Bu həftə heç kəs onun qədər itirmədi

Səhm bazarlarında davam edən satışlar ilə ən çox milyarder investor Uorren Buffett (Warren Buffett) itirib. Satışlar səhmlərin ucuzlaşmasına səbəb olur.

BİZNESMEN.AZ "Marja"ya istinadən xəbər verir ki, dünyanı ən varlı 500 adamı bu həftə 128 milyard dollar itirib. Buffettın təkbaşına itkisi isə 3,7 milyard dollardır.

Milyarder investorun qalan sərvəti isə 86,7 milyard dollardır.
ABŞ-da S&P500 indeksi son üç gündə 3,7 faiz ucuzlaşıb. Fed-in yeni rəhbəri Jerome Pauellin 4 dəfə faiz artrılacağına "yaşıl işıq" yandıran açıqlamaları ilə səhm bazarında başlayan tənəzzül, ABŞ Prezidenti Donald Trampın "ticarət müharibəsi" addımı hesab edilən dəmir və alüminium idxalına gələn həftədən etibarən əlavə gömrük vergisi tətbiq ediləcəyi xəbərilə sürətlənib.

Ən varlıların sərvətində böyük paya sahib olan səhmlərin ucuzlaşması birbaşa milyarderlərin sərvtlərinin həcmində əks olunur.


  • Haqqımızda

    Biznesmen.az Azərbaycanda sahibkarlığın mövcud vəziyyətinin daha da sürətlənməsi üçün fəaliyyət göstərməkdədir. Ölkədəki sahibkarlar biznesmen.az vasitəsi ilə dünyada və ölkədə biznes və alt ixtisaslarda nələrin baş verdiyini, nə kimi yeniliklərin olduğunu oxuya bilər, ölkəmizdə olan və dünya mütəxəssislərinin reportajlarını dinləyə bilər, sahibkarları yaxından maraqlandıracaq mövzularla baş tutacaq radio verlişlərimizi dinləyə bilərlər. Bizneslə bağlı maraqlı verlişləri, saytımızdan və sosial şəbəkədə olan hesablarımızdan izləyə bilərlər. 

  • Seçilmiş yazılar

  • Twitter yazıları