Bütün zamanların ən yaxşı ilham verən 8 sahibkarı

Müvəffəqiyyət yolunda atdıqları addımlarla tarixə adını yazmış bəzi sahibkarlar vardır. Bu sahibkarların, aradan illər keçməsinə baxmayaraq etdikləri hələ də danışılır. Hər biri çox, amma çox çalışaraq zirvəyə çatıb. Uolker, Boulton, Disney, Ford… Əslində siyahı daha uzundur. Hələlik 8 sahibkar haqqında sizə məlumat verəcəyik.

 

1. Madam C. J. Walker

Madam V J. Uolker kimi tanınan Sarah Breedlove, möhtəşəm bir qadın! Öz başına milyonçu olmağı bacaran ilk qadın sahibkar olaraq, öz gözəllik və saç məhsulları markasını yaratdı. 1867-ci ildə dünyaya gələn Uolkerin ailəsi və qardaşları Louisiana əyalətində kölə idilər. Uolker, bazarda gözəllik və saç məhsulları ehtiyacının ödənmədiyini görüb bu problemin həllini axtardı. Sonunda da sahibkar ruhunu ən yaxşı şəkildə istifadə edərək bazara atıldı.

2. Matthew Boulton

İstehsalat sənəyesinin atası kimi tanınan Buoltun, oyuncaq istehsalı ilə yaşayan kasıb bir ailənin uşağı idi. Təhsil həyatının ardından o dövrdə tekstil sektorunun avanqardı olan Mercerin qızıyla evlənib bu işi görməyə başladı. Atası öldükdən sonra qiymətli metallara göstərdiyi marağa görə, İngiltərədə gəzərək öz məhsullarını satdı. İngiltərədə sonradan kral olan Şahzadə Corc, hədiyyə olaraq ona aldığı bir qılıncı çox bəyəndi. Buolton, beləliklə metal deyəndə ağla ilk gələn ad oldu.

3. Walt Disney

Walt Disneyi eşitməyən yoxdur yəqin ki. Uşaqlıqda qonşusunun atlarına karikatura çəkən Disney, böyüdükdə çap nəşrləri üçün reklam işləri ilə məşğul olan bir şirkətdə işləməyə başladı. Oradan televiziya reklamlarına keçən Disney, sonunda öz animasiya şirkətini qurdu. Yaratdığı Mickey Mouse ilə özünü unudulmaz sahibkarlar siyahısına salmağı bacardı. Disney, həyatına vida edərkən dünyanın ən böyük əyləncə müdirlərindən biri idi.

4. Henry Ford

Nəqliyyat sektorundakı rəhbərliyinin ilk addımlarını xronometr və təmir edərək atan Ford, gələcəkdə hər kəsin sahib ola biləcəyi avtomobilləri istehsal etdi. 1891-ci ildə Edisonla tanış oldu və Edison, Fordun istehsal etmək istədiyi avtomobil şərh etmələrini çox bəyəndi. Uilyam H. Mörfinin də dəstəyi ilə "Detroyt Automobile Company"-ni qurdu. Gözlədiyi keyfiyyətdə avtomobil istehsalını burada keçirməyən Ford, sonunda "Ford Cadillac Automobile Company"ni yaratdı.

5. Andrew Carnegie

Şotlandiyada aclıq həddində yaşayan bir ailənin uşağı olan Karnegi, ilk girdiyi işdə 12 saat işləyirdi. İkinci işində teleqraf kuryerliyini edən Karnegi, 18 yaşına çatdıqda bir rabitə şirkəti olan “Adam Express Company”-ə bütün pulunu yatırtdı. Daha sonra qazancını bir dostunun avtomobil işinə xərclədi və rels sənayesinə ilk addımlarını atdı. Müharibənin ardından bir kitabxana tikdirib həyatdakı təcrübələrini kitab şəklinə salmağa başladı. Zamanın ən yaxşı yazıçı və jurnalistlərindən biri kimi yad edilən Karnegi, öldüyündə investisiyaları, yazıları və sahibkarlığı ilə hər kəs tərəfindən tanınırdı.

6. Benjamin Franklin

Bütün bəşəriyyətə öz təsirini qoyan uğurları və təcrübələri ilə bilinən Franklinin çox fərqli məqamları var. Siyasətçi, alim, ixtiraçı, yazıçı, diplomat... Paratoneri,maarifləndirmə çubuğunu, cüt yönümlü eynəyi və Franklin sobasını ixtira edən Franklin, küçələrin lampalarla işiqlandırılma ideyasını ortaya atan ilk insan kimi tanınır.

7. John D. Rockefeller

Ən zəngin insanlardan biri olan Rokfeller, bir səyyar satıcının oğlu olaraq dünyaya gəlmişdi. Daha uşaq yaşlarında şəkər satmağa başlayan Rokfeller sahibkar ruhuna yiyələndiyini müəyyən etdi. Böyüdükdə bir neft şirkəti yaradaraq rəqiblərini üstələdi. Yaşadığı dövrdə müxtəlif təşkilatlara 500 milyon dollar ianə edib.

8. Hans Christian Andersen

Dünyaca məşhur nağıl müəllifi olan Anderson, inadkar və qərarlı biri idi. Səfalət içində keçən uşaqlıq çağının ardından aktyor və müğənni olma xəyalı uğursuzluqla nəticələndi. Ağır keçən təhsil həyatından sonra yazdığı nağılları dərc etməyə başladı. "Kibritçi Qız" kimi qisa müddətdə populyar olan bu nağıllar, bu gün hələ də oxunur.