Çin şirkəti olan Xiaominin, “Ağıllı velosiped”ləri bazara çıxacaq.

Xiaomi şirkəti “Ağıllı velosiped”lərin istehsalına başlayır. Çin şirkəti olan Xiaominin, “Ağıllı velosiped”ləri bazara çıxacaq. Bu barədə çərşənbə axşamı, 15 mart, The Wall Street Journal yazır. Smartfon istehsalçısı, Qicycle brendi altında ağıllı velosiped istehsal edən startup IRİDİNG şirkəti üçün kapital ayırmışdır. Smartfonlar kimi, ikitəkərli nəqliyyat vasitəsi olan ağıllı velosipedlər də eksklüziv olaraq online-mağazalarda satılacaqdır. Elektrik enerjisi ilə işləyən, yolun vəziyyətini analiz edən və məsafə sürətini ölçən “Ağıllı velosiped”in qiyməti 3 min dollar təşkil edəcəkdir. 2016-ci ilin yanvarından Xiaomi, onlayn-nümayişlər üçün nəzərdə tutulan film və serial istehsalını artıracaqdır. Şirkət 2014-ci ildən mobil telefonların Çin bazarında liderlik edib, lakin 2015 ilin üçüncü rübünün yekunlarına görə birinci yeri Huawei şirkətinə verərək məğlub olub. Xiaomi məhsulları bazarlara, hava təmizləyiciləri lampaları və ağıllı televizorlarla təqdim olunmuşdur.


  • Haqqımızda

    Biznesmen.az Azərbaycanda sahibkarlığın mövcud vəziyyətinin daha da sürətlənməsi üçün fəaliyyət göstərməkdədir. Ölkədəki sahibkarlar biznesmen.az vasitəsi ilə dünyada və ölkədə biznes və alt ixtisaslarda nələrin baş verdiyini, nə kimi yeniliklərin olduğunu oxuya bilər, ölkəmizdə olan və dünya mütəxəssislərinin reportajlarını dinləyə bilər, sahibkarları yaxından maraqlandıracaq mövzularla baş tutacaq radio verlişlərimizi dinləyə bilərlər. Bizneslə bağlı maraqlı verlişləri, saytımızdan və sosial şəbəkədə olan hesablarımızdan izləyə bilərlər. 

  • Seçilmiş yazılar

  • Twitter yazıları