Çirkli pullar necə yuyulur?

Dünyadakı aktivlərin 30 trilyon dolları vergi cənnəti ölkələrində saxlanılır.

Panamadakı “Mossack Fonesca” hüquq şirkətinin məxfi məlumatlarının mediaya sızmasından sonra bu mövzu hamı tərəfindən maraqlı oldu.

Off-Shore sözünün mənası ingilis dilindən  “Sahildən Uzaq” tərcümə olunur. Amma İqtisadiyyat dilində “Vergidən Uzaq” və ya “Vergi Cənnəti”   olaraq nəzərdə tutulur. Off-Shore adlanan ölkələrdə qurulan şirkətlərdən vergi alınmır, şirkəti quranların məlumatları və bütün əməliyyatları məxfi saxlanılır. Belə olduğu üçün vergidən yayınma və çirkli pulların yuyulması əməliyyatları belə ölkələrdə qurulan “maska şirkətlər” vasitəsi ilə olunur.

Çirkli pullar necə yuyulur ?

1-      Poçt qutusu adresindən ibarət şirkət qurulur.

2-      Şirkətin bütün məlumatları gizli saxlanılaraq səməliyyatlar aparılır

3-      Əsl sahibi gizli qalaraq icraçı direktor sahibinin istədiyi əməliyyatları yerinə yetirir.

Misal üstündə əməliyyata baxaq: Vergi cənnəti ölkələrindən biri olan Panamada hər hansı hüquq və ya konsultasiya şirkətinə cəmi 1000$ əməliyyat xərci ödənilərək istənilən şirkət qurulur. Şirkət təkcə formal poçt qutusu adresindən və ya istəyə görə formal ofisdən ibarət ola bilir. Təxmini 3 gün içində qurulur. Daha sonra şirkətin əsl sahibi qurduğu şirkətə öz adındakı əməliyyatları gizlətmək üçün icraçı direktor təyin edir. Şirkətə aid olan bütün əməliyyatları (səhm, mülk alış-verişi, pul köçürmələri və s.) icraçı direktorun əli ilə edir. Çox vaxt icraçı direktorlar məhz bu şirkəti qurmaqda xidmət göstərən hüquq və ya konsultasiya şirkətinin əməkdaşları olur.

Dünyada əsas vergi cənnəti ölkələrVirgin adaları, Baham adaları, Bermuda Adası, Kaymen adası hesab olunur. 2015-ci ilin rəqəmlərinə görə Virgin adalarında 113.648 şirkət, Panamada 48.000 şirkət, Baham adalarında isə 16.000 şirkət fəaliyyət göstərir. Ümumiyyətlə dünyadakı aktivlərin 30 trilyon dolları vergi cənnəti ölkələrində saxlanılır.

Dünyanın ən böyük 6-cı banklar mərkəzi sayılan Kaymen adası cəmi 259 km2-dan ibarətdir.  Kaymen adasında 200 Bank, 95 şirkət fəaliyyət göstərir. Bank hesabları və əməliyyatları gizli olduğu üçün bir çox Banklar öz “Qara Bankcılıq” əməliyyatlarını bu ölkədən edirlər. Kaymen adalarında 1.4 trilyon dolalr saxlanılır.

Müəllif: Nicat Manafov, Biznesin İnkişafı üzrə mütəxəssis