Daha yüksək qazanclara gedən yol

İnsanların əksəriyyəti mövcud vəziyyətdə qazanclarından məmnun deyil. Ətrafınıza baxın, kim ona verilən maaşın bir hissəsini geri verərək bu qədər mənə bəsdir deyir? Yəqin ki, siz də daxil olmaqla heç birimiz bunu söyləmirik. Bəs bizi qanə edəcək miqdar nədir? Yaxşı, sualı belə qoyaq. Siz nələrə sahib olsaydınız özünüzü xoşbəxt hiss edərdiniz? Bir gənc qızın dilindən desək ortalama olaraq, günlük lüks restoranlarda ən az bir dəfə yemək, bədən quruluşunu qorumağa xidmət edəcək fitness məşqləri, çamadan dolusu kosmetik vəsaitlər, qardirob dolusu geyimlər, sürməsədə həyətində duran al qırmızı avtomobil, lüks həyətli villa və başqa ehtiyaclar. Bu ehtiyacları indi pula çevirməyə çalışsaq, yəqin ki, məbləğ ən az 200.000 AZN edəcəkdir. Bəs sən əgər bu məbləğlə xoşbəxt olacağını düşünürsənsə, o zaman aylıq ən az 300 AZN xərclədiyin halda 500 AZN-lik işində hansı xoşbəxtliyi axtarırsan. ? Demək daha artıq işləməyə deil, daha artıq qazanacağını güman etdiyimiz işlərə başlamaqdan çəkinməməliyik. Bu halda aşağıda bəhs edilən 3 yolu izləməkdə fayda vardır.

1.Məşhur yazar Norman Vincet Peale “Düşüncələrinizi dəyişdirin, dünyanız dəyişsin” deyərək əslində istəklərimizə çatmağ üçün mübarizənin bizim özümüzdən aslı olduğunu bildirir. Ortada görümnəyən tək problem isə, bəzilərimizdə işini itirmək qorxusu, bəzilərində isə, inamsızlıqdır. Amma, ilk öncə özünüzü inandırmağa çalışın. O zaman bacaracaqsınız. Əgər daha çox gəlir əldə etmək istəyirsinizsə və gün boyu öz içinizdə özünüzlə mübarizə aparırsınızsa, heç vaxt özünüzə qarşı olmağa çalışmayın. Unutmayın, sizə inanacaq ilk insan sizin özünüzsünüz.

2. Siz səhv etmirəmsə dediniz ki, gəliriniz sizi qane etməyir. Amma, bunu deyərkən belə səsinizin tonunu ucaltmır və nələrdənsə çəkinirsiniz. Çəkinməyin. Başqalarının sizə yararının dəyməsini istəyirsinizsə, köməyə ehtiyacı olanlara kömək etməyə çalışaraq, çevrənizi bir hörümçək toru kimi genişlədin.

Ketih Ferrazzinin “Heç vaxt tək yemə” adlı kitabında insanlara bundan bəhs edərək, çevrənizi genişlətmək, yeni insanlar tanımaq sizə kömək olacaqdır.

3.Siz daha çox gəlir istəyrsiniz, amma, bunu etmək üçün nədənsə heç curət toplamağı bacarmırsınız. Heç səbəbini düşündünüzmü. ? Bəlkə, isti iş masanızdan qalxıb beyninizdə uzun zamandır var olan layihənizə yeni fikir ortaqları axtarmaq üçün ərinirsiniz, bəlkə də istirahət günlərində edəcəyəm dediyiniz planınızı gerçəkləşdirməməyə rahat yatağınız kimi səbəbləriniz var, bəlkə işinizi itirib gəlirinizin azalacağından və nəticədə sisteminizin pozulacağından qorxursunuz. Əgər belədirsə əmin olun ki, elə bu maaş sizə kifayətdir. Yox, mən bacaracağam deyirsinizsə, bir müddətlik lüks həyat tərzinə əlvida deməyi bacarın. Bir sözlə, bəlkə də uşaqlıqdan vərdiş etdiyiniz və unuda bilmədiyiniz isti yatağınızı, illərdir sistemləşdirdiyiniz günlük 3 dəfə yeməyinizi, qısacası “konfortunuzu” unudun. O sizin həbsxananızdır. İllərdir o sizi cəfa çəkməyə, olduğunuz mövqedən artığına sahib olmağa qoymayır. Əgər bacaracağam deyirsinizsə, o zaman həbsxanadan qaçmaq vaxtıdır. 


  • Haqqımızda

    Biznesmen.az Azərbaycanda sahibkarlığın mövcud vəziyyətinin daha da sürətlənməsi üçün fəaliyyət göstərməkdədir. Ölkədəki sahibkarlar biznesmen.az vasitəsi ilə dünyada və ölkədə biznes və alt ixtisaslarda nələrin baş verdiyini, nə kimi yeniliklərin olduğunu oxuya bilər, ölkəmizdə olan və dünya mütəxəssislərinin reportajlarını dinləyə bilər, sahibkarları yaxından maraqlandıracaq mövzularla baş tutacaq radio verlişlərimizi dinləyə bilərlər. Bizneslə bağlı maraqlı verlişləri, saytımızdan və sosial şəbəkədə olan hesablarımızdan izləyə bilərlər. 

  • Seçilmiş yazılar

  • Twitter yazıları