Daimi məşğulluq sendromundan qurtulmağın yolları

Günümüzdə işləyən insanlardan ən çox eşidilən cümlələrdən biri "vaxtım yoxdur"  cümləsidir. Ən yuxarı idarəedicilərdən tutmuş şirkətin bütün işçilərinə kimi hər kəsin işləri fərqli olsa da zamansızlıq mövzusunda bir birini dəstəkləyirlər. İdmana vaxt ayıra bilməmə, dost-tanış ilə görüşə bilməmə, qonaq gedə bilməmə və alternativ əyləncələrə vaxt ayıra bilməmə kimi müxtəlif problemlər tez tez işlənilir.

Zamansızlıq səbəbi həddindən çox işlədiyini düşünmək yada işləri qurtarmaq üçün lazımı qədər vaxtın olmamasını düşünməkdən qaynaqlanmaqdadır. Yəni ki, hər birimiz hər keçən gün daha da məşğul olduğumuzu düşünürük. Fəqət elmi məlumatlar heçdə bunu təqdiqləmir.

Maryland Universitetinin sosioloqu olan John Robinson, bu mövzuda bir araşdırma etmişdir. Amerikada edilən araşdırmada insanların bir neçə il əvvəki işlərinə nisbətlə daha çox işlədiklərini düşünüdükləri ortaya çıxmışdır.

Yaxşı bəs nəyə görə bu belədir?

Bu suala Washington Post qazetinin əməkdaşlarından biri olan Brigid Schulte öz yeni kitabında cavab verməyi hədəf almışdır. "Overwhelmed: Work? Love? and Play When No One Has the Time" adlı kitabında John Robinson ilə birlikdə işləyən Schulte, insanların texnologiya ilə bağlı " məşğul olma sendromu"na düşdüklərini söyləyir. Yəni  telofonumuza gələn e-postları və mesajlar, sosial mediadan iş yoldaşlarımızın işlə bağlı  yazdığları vs. sizin iş sonrasında da işlədiyinizi düşünməyə vadar etməkdədir. Bu səbəblədə axşam yeməyinizdən və yeməkdən sonra baxdığınız əla bir filmdən istədiyiniz kimi həzz ala bilmirsiniz.

Schulte kitabda bu vəziyyəti aradan qaldırmaq üçün 2 təklif irəli sürməkdədir. Nəfəs alın, tətilə çıxın, işlərdən biraz uzaqlaşın kimi təkliflər deyil bunlar. Sadecə texnologiya və işlə olan əlaqələrinizlə bağlı 2 təklif.

1. Özünüzə məşğul olduğunuzu xatırlatmayı tərgidin.

Davamlı olaraq məşğul olduğunuzu, zaman tapa bilməyəcəyinizi özünüzə desəniz, o zaman özünüzə heç şans verməmiş olacaqsınız. Edilən araşdırmalar zamanı heçdə həddindən artıq işləmədiyimizi göstərməkdədir. Deməli səbəb beyin ilə bağlıdır. Özümüzü bu fikirlərlə daima iş, gücün içində hiss edərək lazımsız dərəcədə özümüzə təzyiq etmiş oluruq. Ona görədə boş vaxtlarınızın fərqində olun və onları daha yaxşı dəyərləndirəməyə çalışın.

2. Özünüzə gün içində boş vaxtlar planlayın.

Bu maddə birinci maddənin davamı kimidir. Davamlı olaraq məşğul olma düşüncəsindən qurtulmaq üçün əvvəlcədən planlı işdən xaric fəaliyyətlər tapmalısınız. Buna görədə lazımdırsa telefonunuzu səssizə alın, bir müddət sosial şəbəkələri, mesajları və mailləri qırağa qoyun. Bunu bir gün yox, həyatınızın bir prinsibi halına gətirin. İşdən qeydi vaxt sizin özünüzə ayıracağınız vaxtdır. Bunu yaddan çıxartmayın. O vaxtı ən yaxşı şəkildə istifadə etməyə çalışın.

Beethoven və Tchaikovsky kimi vacib və sözünü demiş musiqiçilər hər gün uzun gəzintilərə çıxarmışlar. Bu yolla onlar bir müddətlikdə olsa hər şeydən uzaqlaşıb özlərinə vaxt ayırırdılar. Özləri ilədə bəlkə ilham gələr deyə kağız və qələm götürərlərmiş.

Bir çox CEO, gün içərisində kimsənin onunla əlaqə saxlamasını istəmədiyi vaxtları olur. Bu vaxt ərzində onlar ya idmanla məşğul olur ya sənət işləri ilə məşğul olur yada ailələri və dostları ilə vaxt keçirirlər. Bu zamanların hansı günlərdə olduğu öncədən planlanmış olunur və çox vacib bir şey olmadığı təqdirdə heç vaxt təxirə salınmır.

Qısacası əslində məsələ, boş vaxtlarınızı özünüz düzgün şəkildə idarə edə bilməlisiniz. Beləliklə özünüzü daha rahat və sonrakı gün iş yerində daha enerjili hiss edəcəksiniz.