Dəyərimizi bilirikmi?

Çox məşhur bir təlimçi, konfransa 50 dollarlıq bir banknotu göstərərək başladı. 200 nəfərdən ibarət bir auditoriyaya üzünü tutub, bu pulu kim istəyər deyə soruşdu. Əllər  havaya qalxmağa başladı. Təlimçi :

- Bu pulu sizdən birinə verəcəyəm, amma öncə bəzi şeylər etməliyəm.

Əvvəl pulu bir az əzdi və  dinləyicilərə yenə soruşdu:

- Hələ də  bu pulu istəyən vardırmı?

Əllər yenə havada idi. Bu dəfə təlimçi:

- Bəs bu pulları belə etsəm ?

50 dolları yerə atdı və onun üstünə ayağıyla basdı, əzdi, çirkləndirdi . Pul indi çirkli və büzüşük idi. Amma əllər yenə havada idi və o pulu hər kəs istəyirdi.

Təlimçi belə dedi :

- Dostlarım, burada çox önəmli bir məsələni öyrəndiniz. Pula nə etsəm də heç önəmli olmadı, onu yenə də istəyirik. Çünki, mənim ona etdiyim şeylər onun dəyərini düşürmədi, o hələ də 50 dollardır. Həyatımızda  verdiyimiz əksər qərarlar və ya həyat şərtləri üzündən çox gərginləşirik, canımız acıyır, yerdən yerə vuruluruq, özümüzü pis hiss edirik, fəqət nə olduğu və ya necə olacağı önəmli deyil, heç bir vaxt dəyərimizi itirmərik. Təmiz ya çirkli, qırılmış , üzülmüş, bunların heç  biri önəmli deyil. Səni sevənlər  sənin nə qədər dəyərli olduğunu bilirlər.