Dünyanın 100 ən orijinal brendi

Cohn & Wolfe görə ən orijinal marka - qlobal media brendi "Disney" oldu. "Disney"dən sonra dünyanın ən unikal brendi üçlüyünə "BMW" və "Microsoft" daxildir.

 

Cohn&Wolfe agentliyi 2012-ci ildən orijinal markaların reytinqini tərtib edir. Yeni araşdırma 14 ölkədə, 12 mindən çox istehlakçılar arasında keçirilən sorğuya əsaslanır. Həmçinin Cohn&Wolfe-un sonuncu tədqiqat metodologiyasına ABŞ-in FTB-si ilə "Apple"-ın qarşıdurma hadisəsi təsir göstərmişdir. Xatırladaq ki, 2016-cı ilin fevralın 16-da ABŞ məhkəməsi "Apple" şirkətini 14 adamın ölümündə şübhəli bilinən terrorçunun mobil telefonunu sındırmalı olduğu haqqında qətnamə çıxarmışdı. Lakin "Apple" öz nüfuzuna istinad edərək FTB-yə araşdırmalarda kömək etmədi. Nəticədə, Cohn & Wolfe analitikləri istehlakçı və istifadəçi arasında şəxsi məlumatın məxfiliyinin əhəmiyyətinə diqqət çəkdilər.

İstehlakçılar 1600-dən çox markanı əsas 3 xüsusiyyətinə görə qiymətləndirdilər: “etibarlılıq” (buraya istehlakçının istifadəçiyə verdiyi söz və məhsulun keyfiyyəti daxildir), “hörmət” (istifadəçinin şəxsi məlumatlarının məxfiliyi) və “orijinallıq” (brendin unikallığı və nüfuzu).

Sorğuya əsasən, dünyanın ən orijinal markası "Disney" oldu. Ekspertlər bunu şirkətin zəngin tarixi, orijinal işləri və son uğurlu birləşmə və satınalmaları ilə əlaqələndirirlər.

Reytinqdə Disneydən sonra "BMW", "Microsoft", "Amazon" və "Apple" kimi şirkətlərin adı çəkilir.


  • Haqqımızda

    Biznesmen.az Azərbaycanda sahibkarlığın mövcud vəziyyətinin daha da sürətlənməsi üçün fəaliyyət göstərməkdədir. Ölkədəki sahibkarlar biznesmen.az vasitəsi ilə dünyada və ölkədə biznes və alt ixtisaslarda nələrin baş verdiyini, nə kimi yeniliklərin olduğunu oxuya bilər, ölkəmizdə olan və dünya mütəxəssislərinin reportajlarını dinləyə bilər, sahibkarları yaxından maraqlandıracaq mövzularla baş tutacaq radio verlişlərimizi dinləyə bilərlər. Bizneslə bağlı maraqlı verlişləri, saytımızdan və sosial şəbəkədə olan hesablarımızdan izləyə bilərlər. 

  • Seçilmiş yazılar

  • Twitter yazıları