Dünyanın ilk kriptovalyuta milyarderləri onlar oldu

Amerikalı Tayler və Kemeron Uinklvoss ekiz qardaşları dünyanın ilk kriptovalyuta milyarderləri olub.

Ekizlərin 100 min bitkoini var ki, bu, indi 1,17 milyard dollara bərabərdir.

Qeyd olunur ki, qardaşlar ilk kriptovalyutanı 2013-cü ildə bir bitkoinin qiyməti 120 dollar olarkən əldə ediblər.

Hazırda dünyada mövcud olan hər yüz bitkoindən biri Uinklvoss qardaşlarına məxsusdur.