Əsl uğur nədir?

Hər insan bu duyğunu başqa cür anlayır və o tərzdə ölçür. Məsəlçün bəziləri çoxlu pul qazanmaq ilə, bəziləri şans ilə, bəziləri təhsil ilə, bəziləri isə bölgə ilə ölçür. Bu siyahını çox belə sözlər ilə əvəz etmək olar. Bu məqalədə mən bu hissi sizə daha qərarlı və daha doğru bir şəkildə izah etməyə çalışacam.
Bəs əsl uğur nədir?
Pisin pisi olduğu kimi betərin betəri də var. Uğursuzluqdan betər nə ola bilər ki? Saxta Uğur.
Bir iş və ya təhsil düz getmədi, ona necəsə əncam çəkmək olur. Heçnə alınmasa da, insan təcrübə qazanır. Gələn dəfə özü ilə daha güclü işləyir. Saxta uğur isə başqa şeydir. Bu cür insan bir işdə qalib gəldiyini zənn etsə də, əslində məğlub olan elə odur.
Nəyisə dəyişmək lazım gələrsə, artıq gec olur. Allahın Kəlamında insanlara belə bir surə verilir: “İnsan öz həyatını qurtarmaq üçün əvəzində nə verə bilər? “ Bu fikri pul qazanmaqdan və istədiyi şeyi almaqdan ötrü əldən- ayaqdan gedən insanlara şamil etmək olar. Bunlar saxta uğurun meyarlarıdır. Karyera üzrə məsləhətçi Tom Denham yazır: «Daima daha yüksək vəzifələrə can atmaq, daha çox pul qazanmaq, daha çox əşya almaq — gecə-gündüz ancaq bunlar barədə düşünmək insanın ruhunu qidalandırmır. Uğuru pulla ölçmək ağılsızlıqdır, bu, insana heç nə vermir». Həqiqətəndə bu belədir.
Görünür, çoxları bu fikir ilə razılaşır. Amerikada keçirilmiş bir sorğuda respondetlərin sorğuya əsasən “ həyatda uğur qazanmaq üçün “ lazım olan 22 şey arasında “ çoxlu pul qazanmaq “ sadəcə 20.ci yerdə olub. Siyahının ilk yerlərində isə sağlamlıq, yaxşı insani münasibətlər və sevimli iş cavabları olub
Bəli, bəzi insanlar saxta uğur ilə əsl uğur arasındakı fərqi ayırd edə bilir - ən azından sorğu bunu göstərir.
Əsl uğur qazanmaq yolda addımlamaq isə heçdə asan olmur. Uğuru təhsil və ya peşə bacarığı ilə də ölçmək yanlışdır. Uğur bir imtahanda yüksək bal toplamaq, ya da bir işi sona qədər çatdırmaqdan əlavə, insanın dünyada baş verən hadisələrələ maraqlanması, təcrübələrini başqa sahələrdə istifadə edib faydalanması, daha yüksək nəticədə yetkinliyə çatması olaraq qiyməyləndirə bilər.Beləliklə, “uğur” nisbi anlayış olub, müəıyyən bir tərif ilə məhdudlaşdırmaq olmaz.
Hər insanın bir məqsədi vardır. Hər insanın isə gözəl məqsədi olmalıdır. Uğur, bir məqsədə çatmaq üçün bütün qabiliyyətini ortaya qoymaq ilə əldə edilir. Uğur, hədəfə getmək yoludur. Gedilən hədəf, həm insanin özünə, həm onun ailəsinə, həm də onun ətrafına örnək olmalıdır. Əks halda isə insana heç bir faydası olmaz.
Bir çoxumuz uğur qazanmaq yerınə, adi həyat yaşamağı seçır. Bu isə yanlış düşüncədir. Uğur insan həyatına bir yenilik və ya xoşbəxtlik gətirən bir vasitədir. Bu səbəbdən yüksək uğur qazananlarında sayı az olur. Bu zaman isə uğur qazanan şəxslərə heyranlıqla baxırıq və onlara qarşı qisqanclıq hissi ilə yaxınlaşırıq. Uğursuzluğa alışan insanlar olduğu-muzdan bu hal baş verən kimi “bəxtə-vər” kimi qələmə veririk. Uğursuzluq kimi uğurlu olmağa da alışmaq olar. Sadəcə cəhd göstərin və inkişaf edin.