Ethereum-un təsisçisi kriptovalyuta inkişaf etməyəcəyi halda tərk edəcəyini bildirib

Ethereum-un yaradıcısı Vitalik Buterin düşünür ki, kriptovalyutalar səhv istiqamətdə hərəkət edir.

23 yaşlı Buterin Twitter hesabından kriptovalyuta bazarında olan ictimaiyyətin qeyri-kamilliyindən şikayət edib. O, deyib ki, bu sahədə olan insanlar cəmiyyət üçün müsbət dəyişiklik yaratmaqla müəyyən miqdarda pulun köçürülməsi arasındakı fərqi başa düşməlidirlər.

Buterinin fikirləri:

Screen Shot 2017 12 28 at 10.03.27 AMTwitter

Əgər vəziyyət dəyişməzsə, o, bu sahəni tərk edəcəyini bildirib.

Screen Shot 2017 12 28 at 10.12.14 AM

Rəqəmsal valyuta bazarı bu il ərzində inanılmaz dərəcədə böyüdü və əsas oyunçular bitcoin və ethereum idi. Ethereum-un qiyməti ilin əvvəlindən 8500% artmışdır. Həmçinin, ethereum yüzlərlə rəqəmsal valyutaların ilkin kütləvi yerləşdirilməsinə (İCO) yol açdı.

Fintech analitika şirkəti olan “NEXT”in hesablamalarına görə, startaplar ənənəvi maliyyə xidmətlərindən kənarda İCO-lar vasitəsi ilə 4 milyard dollar maliyyə vəsaiti cəlb etməyə nail olublar. Kriptovalyuta bazarı ilin əvvəllindəki 18 milyard dollarlıq bazar kapitallaşması artaraq 560 milyard dollara qalxıb.

 

Lakin, Buterin bu artımın real olub-olmadığını sorğu-sual edir. Aşağıda Buterinin kripto bazarının ilk dəfə 500 milyard dolları ötdükdən sonra yazdığı tweet-i:

Screen Shot 2017 12 28 at 10.51.06 AM

Moneta.az