Fərid İsmayılzadə inkubasiya mərkəzi yaradıb

13 Apreldən "GoldenPay" şirkətinin İdarə Heyətinin sədri vəzifəsini tərk etmiş, tanınmış iş adamı Fərid İsmayılzadə "Tecnovate" adlı  inkubasiya mərkəzi yaradıb.

Bu barədə iş adamı özünün "Facebook" səhifəsində yazıb.


Fərid İsmayılzadə, "Ölkəmizdə startaplara dəstək deyəndə onlara təkcə pul, ofis vermək yox, məhz "coaching", "mentorship" kimi xidmətlər lazımdır. Beləcə qərar verdim ki, "Tecnovate" adlı bir inkubasiya mərkəzi yaradım. Öz biliyimi, təcrübəmi, şəbəkəmi, pulumu qlobal potensiallı layihələr üçün açıq elan edim, onlarla birgə birgə işləyim və 1-3 ilə ortalığa nəsə çıxardım. Bu aləmdə yaxşı təcrübəyə sahibəm və indi qlobal səviyyədə özümü sınamaq istəyirəm. Alınmaya bilər, amma ən azından çalışacam. Praktik olacağıq, founderlərlə birlikdə az danışıb çox iş görəcəyik.

İnkubasiya mərkəzi balacadır. "Globus Center"in 12-ci mərtəbəsində yerləşir. İlk rezidentləri "Frogo" və "Spinal"dır. Daha 4 potensial layihə var. Ancaq qlobal potensiallı lahiyələr üçündür. Layihə rəhbərləri ilə birə-bir işləyəcəm və bacardığım hər şeydə dəstək olacam. Qlobal potensiallı istənilən layihə rəhbəri müraciət edə bilər. Özüm də aktiv şəkildə müxtəlif müsabiqələrdə iştirak edəcəm, xaricdən qonaqlar, treynerlər və s gətirəcəm. Nə də olmasa, mənim həyatımda ilk iş yerim məhz Silikon Vadisində inkubasiya mərkəzi olmuşdur" - yazıb.

Marja


  • Haqqımızda

    Biznesmen.az Azərbaycanda sahibkarlığın mövcud vəziyyətinin daha da sürətlənməsi üçün fəaliyyət göstərməkdədir. Ölkədəki sahibkarlar biznesmen.az vasitəsi ilə dünyada və ölkədə biznes və alt ixtisaslarda nələrin baş verdiyini, nə kimi yeniliklərin olduğunu oxuya bilər, ölkəmizdə olan və dünya mütəxəssislərinin reportajlarını dinləyə bilər, sahibkarları yaxından maraqlandıracaq mövzularla baş tutacaq radio verlişlərimizi dinləyə bilərlər. Bizneslə bağlı maraqlı verlişləri, saytımızdan və sosial şəbəkədə olan hesablarımızdan izləyə bilərlər. 

  • Seçilmiş yazılar

  • Twitter yazıları