İflasdan inkişafa: sahibini milyarder edən - GoPro

Özinkişaf barədə yazılmış kitabların əksəriyyəti bizə deyir ki, hər hansısa bir işdəki uğursuzluğu qlobal iflas və ya gözyaşı axıtmaq üçün bir bəhanə kimi qiymətləndirmək olmaz, əksinə, bunu taleyin bizə bəxş etdiyi bir hədiyyə və uğura aparan pillə kimi qəbul etmək lazımdır. Elədir ki, var. Lakin, bizə dəyən “tale zərbələrinə” qarşı olan münasibətimizi dəyişmək çox, həddən çox çətindir. Buna görə də gəlin bu prisipin həqiqətdə nə cür işlədiyinə baxaq və hər kəsin tanıdığı məşhur insanların - öz müvəffəqiyyətsizliklərindən ibrət ala bilmiş milyarderlərin həyatlarının epizodlarını nümumə olaraq gətirək.

Nick Woodman

O, “GoPro” şirkətinin qurucusudur. Adıçəkilən şirkət ekstremal idman növlərində istifadə üçün nəzərdə tutulmuş videokamera və əlaqəli aksessuarların istehsalı ilə məşğuldur. Hazırda o, 1,75 milyard dollarlıq sərvətə sahibdir.

Uğursuzluqları

Nik ilk öncə “EmpowerAll.com”-u – ucuz elektronika məhsullarının satışı üzərində ixtisaslaşmış elektron-ticarət saytını qurmuşdu. Lakin şirkət, bütün gözləntilərə baxmayaraq, heç bir gəlir gətirə bilmədi, elə bu səbəbdən də tez bir zamanda bağlandı. Yolun əvvəlindəki bu cür iflas gələcəyin milyarderini ruhdan sala bilmədi. O, 1999-cu ildə “FunBug” internet-marketinq şirkətini qurdu.

İstifadəçilər, şirkətin saytında pul mükafatları qazanmaq imkanına sahib idilər. Nik, hətta, şikət üçün müxtəlif investorlardan 3,9 milyon dollarlıq maliyyə də cəlb edə bilmişdi. İlk baxışdan düşünmək olardı ki, şirkət lazımi nəticələri verir və inkişaf edir, amma bu belə deyildi. 2001-ci ildə Nik öz uğursuzluğunu yenidən etiraf etmək məcburiyyətində qaldı. O, şirkətinin normal şəkildə fəaliyyətini təmin edə bilmirdi və özünün bütün pulları ilə yanaşı, investorların da yatırımlarını əldən verdi.

Nəticə

2-ci şirkəti də iflasa uğrayan Nik, hər şeyi bir kənara qoyaraq, “surfing”-lə məşğul olmağa başladı. Məhz bu, ona kamera düzəltmək ideyasını bəxş etdi, elə bir kamera ki, ekstremal idman növlərində də rahatcasına istifadə edilə bilsin. Beləliklə də, “GoPro” şirkəti yarandı.

“Mən çox qorxurdum ki, “GoPro”-nu da eyni ilə “FunBug”-un aqibəti gözləyir. Elə bu qorxuma qalib gələ bilmək üçün də dayanmadan işləmək qərarına gəldim. Mənim keçmiş uğursuzluqlarımdan çıxardığım ən əsas dərs də məhz bu oldu. Qalib gəlməkdən başqa yolum yox idi.”, - Nick Woodman.