Fransızlar Azərbaycanın kənd təsərrüfatına 112,5 milyon dollar ayıracaq

Fransa kənd təsərrüfatı sahəsində öz təcrübəsini Azərbaycanla bölüşür. Bunu Fransanın Azərbaycandakı səfiri Oreliya Buşe deyib.

Onun sözlərinə görə, Fransa vasitəsilə Aİ təcrübəsi Azərbaycana gətirilir. “Bu layihələr çərçivəsində Azərbaycanda  baytarlıq xidmətini müasirləşdiririk. Heyvanların sağlamlığı əsas məsələdir. Burada nazir tələbə proqramına da toxundu. Ola bilsin ki, hər iki ölkə arasında tələbə mübadiləsi baş tutsun”, - deyə O. Buşe qeyd edib.

Qeyd edək ki, Fransanın inkişaf agentliyi Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün 112,5 mln. dollar ayıracaq. 

Mənbə: APA