"Gilan Holdinq": Öz üzərində işləyən gəncləri şirkətimizə cəlb etməkdə maraqlıyıq

"Gilan Holdinq" ADA Universitetində keçirilən "İstedadlarla karyera imkanları arasında körpü" adlı dördüncü karyera həftəsində iştirak edir.

40-dan çox şirkətin, 1000-dən çox tələbə və məzunun iştirak etdiyi sərginin keçirilməsində məqsəd ADA Universitetinin tələbə və məzunlarını ölkəmizdəki iş bazarının imkanları ilə tanış etmək, gənclərin istedadını daha səmərəli təqdim etmək, inkişafda olan sənaye sahələri, dövlət və özəl sektorun insan kapitalı ehtiyacı barədə aydın təsəvvür yaratmaqdır.

"Gilan Holdinq" sərgidə İT, maliyyə, HR, audit, hüquq sahələri üzrə 10-dan çox tələbəyə uyğun olan vakansiya ilə təmsil olunub.

Holdinqin işə qəbul üzrə mütəxəssisi Vüsal Muradov bildirib ki, ADA Universiteti qısa zaman kəsiyində öz təhsil səviyyəsinə görə Azərbaycanda fərqləndiyi üçün bu sərgi işəgötürənlər üçün olduqca cəlbedici görünür: "Bizim də marağımız var ki, istedadlı şəxsləri şirkətimizə cəlb edək. Bundan əlavə, "Gilan Holdinq" ölkənin ən iri işəgötürən şirkətlərindən biridir. Biz tələbələr üçün lazımi şəraiti yaratmaq baxımından öz üzərimizdə məsuliyyət hiss edirik. Bilirik ki, iş tapmaq tələbələr üçün çətin olur. Bir çox işəgötürənlər təcrübəli mütəxəssisə üstünlük verirlər. Bizim yanaşmamız bəzi hallarda bundan fərqlənir. Belə ki, mümkün hallarda çalışırıq ki, təcrübəsi olmayan, amma universitetdə yaxşı qiymətlərlə oxuyan, öz üzərində işləyən gəncləri şirkətimizə cəlb edək".

Onun sözlərinə görə, 2014-2015-ci illərdə xeyli sayda tələbə şirkətə cəlb edilib: "Onlar ya təcrübə proqramı və ya tam iş imkanlarına yiyələniblər. Bütün bunlara baxmayaraq, işə qəbulda çox ciddi yanaşmamız var. Tələbələri işə götürən zaman çalışırıq ki, onlarla uzunmüddətli əməkdaşlıq imkanları yaradaq".

V. Muradov bildirib ki, "Gilan Holdinq" ixtisarlardan yayınmaq üçün işə qəbul prosesində daha diqqətli davranır: "Hər bir vakansiya açılanda onu ciddi analiz edirik. Çünki yeni işçi yeni dəyər, eyni zamanda yeni xərclər deməkdir. Təbii ki, bu il yeni işçilərə ehtiyac olacaq. Konkret say barədə danışmaq çətindir. Amma hal-hazırda şirkətimizdə bir çox vakansiya var".


  • Haqqımızda

    Biznesmen.az Azərbaycanda sahibkarlığın mövcud vəziyyətinin daha da sürətlənməsi üçün fəaliyyət göstərməkdədir. Ölkədəki sahibkarlar biznesmen.az vasitəsi ilə dünyada və ölkədə biznes və alt ixtisaslarda nələrin baş verdiyini, nə kimi yeniliklərin olduğunu oxuya bilər, ölkəmizdə olan və dünya mütəxəssislərinin reportajlarını dinləyə bilər, sahibkarları yaxından maraqlandıracaq mövzularla baş tutacaq radio verlişlərimizi dinləyə bilərlər. Bizneslə bağlı maraqlı verlişləri, saytımızdan və sosial şəbəkədə olan hesablarımızdan izləyə bilərlər. 

  • Seçilmiş yazılar

  • Twitter yazıları