Hədəflərə gedən yolda Axış Testi modeli

Mihaliy ve onun Chicago Universitetindəki qruppası tərəfindən bir test modeli ortaya qoyuldu.  Özlərinə nümunə üçün insanlar seçdilər və bunlara 1 həftə ərzində gündə 8 dəfə zəng edərək əhvallarının nə yerdə olduğunu soruşub qeyd etdilər. Bu test zamanı insanların hansı zamanlarda daha motivasiyalı olduğunu ortaya qoyaraq bunun səbəblərini nümunə seçilən insanlardan öyrəndilər. Nələrin qaydasında getmədiyini, nümunə seçilən insanların nələri dəyişmək istədiklərini müzakirə etdilər. Hədəflərinə gedən yolda onlara daha yaxşı "Axış Testi" yaratdılar. Bu model özünü iş sahəsindədə qısa bir zamanda doğrultdu.

Sizdə bu modeli özünüzə tətbiq edə bilərsiniz. Bir həftəlik müddət aralığı seçərək, gün ərzində müəyyən vaxtlarda telefonunuzda zəngli saat funksiyasını avtomatik işlək halda tutun. Bu zəngli saat sizi xəbərdar etdikdə zamanı və əhvalınızın nə yerdə olduğunu bir kağıza qeyd edin. Sonda birdə əhvalınızın belə olmağının səbəbini qeyd edin. Bu zamanlar və səbəbləri qarşılaşdıraraq özünüzə daha keyfiyyətli "axış test"i hazırlayın. Bu keyfiyyətli axış testini, öz görəcəyiniz iş planı üzrə üst üstə gətirin. O zaman aralığında motivasiyanızın yüksək olduğuna görə əvvəlki zamanlara nisbətən daha keyfiyyətli iş ortaya çıxaracaqsınız. İşinizi,planınızı daha məhsuldar yerinə yetirəcəksiniz. Qalan zamanda isə daha çox iş görə bilər və yaxud bunu yaxınlarınıza ayıra bilərsiniz. Məsləhət görərdimki sadecə vaxtınızı işə sərf etmiyəsiniz. Ailənizə, dostlarınıza, yaxınlarınızada vaxt ayırasınız.Ugurlar.