Hər kəsin yararına uyğun qərarlar almağa çalışın.

Günümüzdə iş dünyası durmadan inkişaf etməklə bərabər buna bağlı olaraq da dəyişməkdədir. Artıq bu dəyişimlər kiçildilməyəcək hala gəlmiş və daha da mürəkkəb bir şəkil almışdır. Bu dəyişimlər şirkətlər ilə bağlı strategiyaların da dəyişməsinə böyük ölçüdə təsir etməkdədir. Şirkətlər isə, öz növbəsində illərdir istifadə etdikləri idarəçilik şəkillərini tərk edərək bu dəyişimlərə ayaq uydurmaq üçün qlobal təcrübələrdən faydalanmağa çalışırlar. Rutin və dəyişiminə ehtiyac duyulmayan sektorlar xaric, digər serktorlarda bu dəyişimlərin idarə edilərək sistemli şəkildə həyata keçirilməsi üçün əvvəlcədən layihələr şəkildə müəyyən edilmiş metodlara başvurulması vacibdir. Dəyişim və yenilənmə dönəmində, xüsusi ilə ortaqlıq əlaqəsi olan qurumlarla münasibətlərə diqqət vacib şərtdir. Buna Patchwork idarəçilik anlayışını xüsusi ilə misal olaraq göstərə bilərik. Bu dəyişimlər nəticəsində uğur əldə etməyin başlıca qanunu isə, ortaqların hər birinin mənafeyinə uyğun qərarların alınmasıdır. Çünki, bu quruluşlar, xarici ticarət, rəsmi, medya, ictimaiyətlə əlaqələr kimi şirkətin vacib çevrəsini ortaya çıxaran şirkətlərdən ibarətdir.

Ortaqlar şirkətin qəbul etdiyi iqtisadi, siyasi v.s. kimi qərarlarından təsirlənən və eyni zamanda öz daxilində qəbul etdiyi qərarlarla şirkətə təsir edən quruluşlar olaraq ifadə edilə bilər. Bu ortaq quruluşların günümüzdə bu qədər önəmli hala gəlməsindən dolayı, xüsusi ilə diqqət göstərilməsi vacib olan ortaq fəaliyyətlərə istənilər səviyyədə qatılıb-qatılmadıqlarını müəyyən edərək dəyərləndirmədir. Bu səbəbdən də ortaq şirkətlərin fəaliyyətlərdə iştirak etmə şəkillərinə görə onları xəbərsiz, könülsüz, zəif ortaqlıq fəaliyyətləri, dəstək verici və idarə edici şəklində başlıqlara ayırmaq mümkündür. Məsələn, hər hansı bir layihədə ortaq quruluş, üzərinə düşən vəzifəsini tam şəkildə yerinə yetirməyərək, bəzi xidmətlərin təşkilindən yayına ya da məlumatlandırma vəzifəsini tam olaraq yetinə yetirməmiş ola bilər. Əsas olan isə, bunun təsbit edilərək qarşı tərəfin fəaliyyətlərdə könülsüz iştirakının qarşısını alaraq, yüksək səviyyəli xidmət üçün təşvik etməkdir. Yəni, ortaqlıq fəaliyyətlərinin şirkətə xeyir verəcək səviyyədə istifadə edilməsi başlıca vəzifələrdəndir.

Ortaqlıq fəaliyyətlərinin düzgün şəkildə istifadə edilərək, istənilən istiqamətdə idarə edilməsi üçün lazım olan PMI (Project Management Institute) idarə sistemi üçün izlənilə biləcək yollar aşağıdakı kimidir.

Ortaqlarınızı Qruplandırın. Ortaq şirkətləri düzgün şəkildə qruplandırmaq bir şirkət kimi sizin hədəflərinizi, büdcə və məqsədlərinizi diqqət altında saxlamağınıza köməkçi olacaqdır. Məsələn, sizin ortaqlardan ibarət üç qrupunuzdan biri medya, digəri xammal təminatçısı bir başqası isə xarici ticarət şirkətlərindən təşkil edilə bilər.

Ortaqlıq profilinizi səhmana salın. Siz ortaqlardan ibarət yaratlğınız hər bir qrup üçün məqsəd, hədəf, ethiyaclarınızı əvvəlcədən müəyyən edə bilər və qruplara  sonradan daxil olan ortaqlarla əlaqələrinizi bu qaydalar çərçivəsində daha sürətli inkişaf etdirə bilərsiniz.

Ortaqlarınızı önəm dərəcəsinə görə müəyyən edin. Əgər siz, ortaqlarınızın layihələrdə iştirakını müəyyən edə və onların bu layihələrə maraq dairəsini ölçə bilsəniz bu sizin qarşılıqlı münasibətlərdə yararınıza olacaqdır. Məsələn, ortaqlardan biri güclü, amma layihəyə o qədər də maraqlı olmaya bilər, bir digəri həm güclü həm də lahiyə onun üçün önəmli ola bilər, bir başqası gücsüz olsa da layihəyə xeyli maraqlı olarkən, dördüncüsü isə, həm gücsüz həm də layihəyə o qədər də maraq göstərəcək mövqedə olmaya bilər.

Ortaqlarınızından sizə faydalı olacaq şəkildə yararlanın. Siz ortaqlarınızın layihələrinizlə maraqlanma dərəcəsi və onların sizin üçün əhəmiyyətinə baxaraq qərar verəcəyiniz təqdirdə daha uğurlu olacaqsınız. Əgər ortaqlarınızdan biri sizin üçün əhəmiyyətli (yəni güclü) amma layihənizə qarşı o qədər də maraqlı deyilsə siz həmin ortağınızı razı salmaq adına bəzi addımlar atmalısınız.Yaxud da bəzi ortaq şirkətlər sizin üçün xeyli önəmli və eyni zamanda da layihənizdən gəlir əldə etməyə maraqlı ola bilər. Bu zaman sizin üzərinizə düşən ortaqlıq əlaqəsində olduğunuz həmin firmanın ehtiyaclarını düzgün şəklidə müəyyən edərək, öz istəyinizə uyğun şəkildə faydalana bilməkdir. Əgər quruluşlardan bir digəri, layihənizdən gəlir əldə edcək mövqedə deyil  və o eyni zamanda sizin üçün o qədər də əhəmiyyətli quruluşlardan deyilsə, sizin bu ortaqlıq əlaqəsinə o qədər də önəm verməyiniz gərəkməyəcəkdir. Bir başqa şirkət isə, sizin üçün əhəmiyyətli olmasa da layihənizə maraq göstərə bilər. Sizin qarşınızda duran vəzifə bu şirkətləri nəzərinizdə saxlayaraq, müəyyən vaxt aralıqları ilə onları layihələrinizlə bağlı məlumatlandırmağınızdır.

Əgər hər hansı bir şirkət günümüzdəki dəyişikliklərə ayaq uydurmağa çalışaraq, yenilikləri izləməyə maraq göstərirsə, başda duran əsas vəzifələrdən biri yeni hədəfləri müəyyən edərkən ortaqlıq əlaqələrini də diqqətə almaqdır. Yəni, ortaqlarla əlaqələrin düzgün şəkildə qurulması şirkətin uğur qazanmasında açar rol oynayacaqdır.