Hər yeni biznes layihəsinə lazım olan 6 insan gücü

Bir çox biznes bir yaxud iki adamla qurulmasına baxmayaraq Schoner uğurlu biznesin və uğurulu komandanın reseptinin 6 növ insan gücündən ibarət olduğunu yazır.

1. Texnologiya dahisi

Əsasən texnologiya sahəsində fəaliyyətə başlayan bizneslər üçün daha önəmli olan bu xüsusiyyətli insan, komandanın və biznes layihəsinin bütün texnologiya işlərindən məsuliyyət daşımalıdır. O bir texnologiya dahisi olmalıdır.

2. Lider

Schonerə görə şirkət içərisində demokratiya nə qədər vacib məsələlərdən biri olsa da, əsas qərarları və lazımlı qərarları sonda bir adam təsdiqləməlidir.

3. Sahəsində təcrübəli

Sektoru yaxşı bilən və o sektorda uzun zaman çalışan  birinin komandada olması, biznes layihəsinə və əsasən də şirkətə dəyər qatacaqdır. Şirkətin sektorun ehtiyaclarını öncədən bilməsi üçün komandada təcrübəli birinin olmasının vacibliyini bildirir Schoner.

4. Satış canavarı

Komandada mütləq şəkildə satış professionalı olmalıdır. Günün nəbzini rahat şəkildə anlamalı və kimə nə zaman satış edilməsi lazım olduğunu çox yaxşı bilməlidir.

5. Superstar

Schoner burada konfranslara və sektor yığıncaqlarına gedə biləcək, biznes, marketinq əsasəndə ünsiyyət və əlaqə bacarığı yüksək olan bir insandan bəhs edir. Bundan əlavə olaraq görünümünə fikir verən, insanlara səmimiyyət bəxş edən biri olmalıdır. Bu bacarıqlar və xüsusiyyətlər digər sadaladığımız şəxlərdən birində varsa superstar kimi o şəxsi seçmək olar.

6. Maliyyə həvəskarı

Texnologiya, satış, lider, marketinq, əlaqə və ünsiyyət kimi problemləri aradan qaldırdıqdan sonra sıra gəldi maliyyə işlərini görən şəxsə. Bu şəxsin hesab kitabla arası yaxşı və işində dəqiq olmaldır. Schoner, əgər büdcə 6 kişiyə bəs etmirsə bu şəxsin sonraya saxlanıla biləcəyinidə vurğulayır.