Hesab.az - Onlayn ödəmələr bazarının lideriyik

“QoldenPey” ASC,  Hesab.az onlayn ödəmələr portalının bir neçə yeni rəqibinin peyda olmasına baxmayaraq onlardan böyük fərqlə irəlidə olduğunu bildirir. Rəqibləri bir ayda, “Hesab.az”ın 1-2 günlük dövriyəsinə çətinliklə nail olurlar.

Hesab.az portalnın yeni vizual görünüşünin (rebrendinq) mediaya təqdimat mərasimində  “QoldenPey” ASC-nin təsisçisi Fərid İsmayılzadə bildirib ki, yeni rəqiblərin bazara daxil olması onların bazar payına heç  təsir etməyib:

“Rəqiblərimiz bir ayda 300-400 min manatlıq dövriyyəyə güclə nail olduqları halda, hazırda Hesab.az-ın aylıq dövriyyəi 11-12 milyon manata çatır. Baxmayaraq ki, yeni ödəmə sistemləri fəaliyyətə başlayıb, indiyədək heç bir ayda Hesab.az-ın aylıq dövriyyəsi aşağı düşməyib. Hər ay artım mövcuddur.

Bazarda rəqiblərin olması xidmətin tanınması baxımından müsbət amildir. Digər tərəfdən, bəzi rəqiblər dempinq tətbiq edirlər. Məsələn, biz xidmət müəssisəsinə dövriyyənin 1%-i nisbətində komissiya təklif etdiyimiz halda, rəqiblər 0,5% komissiya verirlər.  Biz komissiyadan qazanırıq və hesab edirəm ki, xidmətin  ucuzlaşdırılması gələcəkdə işin keyfiyyətinə mənfi təsir edə bilər”.

Fərid İsmayılzadənin sözlərinə görə, Azərbaycanda 5,5 milyona yaxın ödəniş kartı mövcud olsa da, potensial istifadəçilərin sayı 2,5-3 milyon civarındadır. Hesab.az təxminən bazarın 6-8%-ni mənimsəyib.

Fərid İsmayılzadə qeyd edib ki, hazırda Hesab.az portalının istifadəçilərinin sayı 215 mindir. Bu istifadəçilərin təxminən 50%-i ayda ən azı 1 dəfə ödəmə həyata keçirən aktiv istifadəçidir. Bundan başqa, təxminən sayının 50 min nəfər civarında olduğu ehtimal edilən qeydiyyatsız istifadəçilər də mövcuddur.


  • Haqqımızda

    Biznesmen.az Azərbaycanda sahibkarlığın mövcud vəziyyətinin daha da sürətlənməsi üçün fəaliyyət göstərməkdədir. Ölkədəki sahibkarlar biznesmen.az vasitəsi ilə dünyada və ölkədə biznes və alt ixtisaslarda nələrin baş verdiyini, nə kimi yeniliklərin olduğunu oxuya bilər, ölkəmizdə olan və dünya mütəxəssislərinin reportajlarını dinləyə bilər, sahibkarları yaxından maraqlandıracaq mövzularla baş tutacaq radio verlişlərimizi dinləyə bilərlər. Bizneslə bağlı maraqlı verlişləri, saytımızdan və sosial şəbəkədə olan hesablarımızdan izləyə bilərlər. 

  • Seçilmiş yazılar

  • Twitter yazıları