İflasa uğramaq və yenidən zəngin olmaq

Sahibkarlar olaraq bilirik ki, həyat bir çox qeyri-müəyyənlik və xaos dolu lunapark qatarı kimidir. Həyat mübarizəsində uğur cığırını aydın bir şəkildə görməyiniz çətindir. Bu vəziyyətdə mövcüd şərtləriniz yerinə perspektivinizin sizə rəhbərlik etməsinə imkan vermək çox önəmlidir. Bu problemi dörd əllə əhatə etməlisiniz, çünki həyat şərtlərinizi yaxşılaşdırmaq istəyinizin mərkəzindədir.

Kimsə uğursuz olmaq, iflas etmək və hər şeyini itirmək istəməz. Kimsə mübarizə aparmaq, savaşmaq istəmir, ancaq bu, irəliləyişin bir hissəsidir. Bu hallarda ikən özünüzə doğru sualları vermək və doğru həmlələri etmək hər şeyi müsbət istiqamətdə dəyişə bilər.

Mütləq aydınlıq

Real dəyərlərinizi müəyyən etdikdə qərar verməyiniz asanlaşar.

Həyatımın ən dib nöqtəsini xatırladıqda, heç bir şey üçün məsuliyyət almadığımı hiss etdim. Qurban rolunu oynayırdım. İqtisadiyyatdan, şirkətimdən, vəsait çatışmazlığından və yaşadığım yerdən şikayət edirdim. Tez bir zamanda yönəltmə nöqsanımı və dəyişiklik üçün ehtiyacım olan şeyi hiss etdim. O anda, həyatımın qarışıqlıqdan sadəliyə doğru sürüşdüyünü hiss etdim.

Şəffaflıq çox böyük bir gücdür. Əgər nəticə əldə etmək istəyirsinizsə nə istədiyinizdən 100% əmin olmalısınız. Hazırkı vəziyyətinizi dəyişmək üçün o vəziyyətin tam məsuliyyətini almalısınız. Minimalizm - işlərinizi və həyatınızı idarə etməyin ecazkar bir yoludur. Beyninizdəki qarışıqlığın və gurultunun səbəbini aydınlaşdırın.

Özünə inam

Özünə inamlılıq sizi müvəffəqiyyətə aparakən, etibarsızlılıq (güvənsizlik) sizi məhv edə bilər. Əgər özünə inamınız yoxdursa mütləq itirmək üçün bir yol tapacaqsınız.. Bacardığınız hər şey sizin özünüzə və o işi etmə inamına bağlıdır. Böyük hədəflər üçün böyük mübarizələr lazımdır.  

Böyük hədəflər qurarkən qarşınıza çıxacaq maneələrdən xəbərdar olmalısınız. Bu maneələr sizin xarakterinizə, inancınıza və məsuliyyətli olmağınıza təsir göstərmək üçün mütləq olacaqdır. Özünə ən çox güvənən hər zaman qazanar. Motivasiyamı və enerjimi yüksəldirəm. Bu günlərdəki yeganə dayağınız özünüzə inamınız və bu işi edə biləcəyinizə olan inamınızdır.

Təsir altında qaldığınız amillərin əhəmiyyəti.

Həyatınızın bir nöqtəsində kimlərə dəyər verdiyinizi, kimlərə heç dəyər vermədiyinizi və kimlərə əbədi qiymət verəcəyinizi mühakimə etməlisiniz.

Kim olduğunuz mövzusunda əmin olduqdan sonra, həyatınıza təsir edən amilləri dəyərləndirməyiniz lazımdır. Əlaqəli olduğunuz insanlar sizə təsir göstərir və mənliyinizin formalaşmasında mühüm əhəmiyyət daşıyırlar. Rol model anlayışı cəmiyyətimizdə kifayət qədər istifadə edilmir. Rol modeli sizin tələblərinizi yüksəldəcəkdir, bu, həqiqətən əhəmiyyətli məsələdir. Bu model sizin işinizə etinasız yanaşmağınıza mane olacaqdır. Bir rol modeli və ya bir ağıl müəlliminizin olması sizin fikirlərinizi alovlandıracaqdır çünki, bu insanlar oyunlarını sizdən daha yüksək səviyyələrdə aparmaqdadırlar.

Əgər 5 özünə inamlı insana qoşulsanız 6-cı siz olarsınız.
Əgər 5 zəkalı insana qoşulsanız 6-cı siz olarsınız.
Əgər 5 milyonçu insana qoşulsanız 6-cı siz olarsınız.
Əgər 5 səfeh insana qoşulsanız 6-cı siz olarsınız.

Çox sadə bir konsepsiyadır, amma işinizdə və həyatınızda böyük dəyişikliklərə yol açacaqdır. İş sahəsində irəli getməyin bundan başqa bir sürətli yolu yoxdur. Buna baxmayaraq bir çox insan bunu etməz. Sizə bu insanları tapmağınızı məsləhət görürəm, çünki ən çox kiminlə vaxt keçirsəniz ona bənzəyirsiniz və zamanla o insanlardan biri olarsınız.

İdeal nəticə almaq üçün ritualınızı müyyən edin.

Uğurlu nəticə aldığım işlərdə əvvəl bu nəticənin mənbəyini kəşf etdim və bunu "uğurlu nəticə ritualı" halıma gətirdim. Hər hansı bir işdə əminlik əldə etmədən, sadəcə fərziyyələrə əsaslanaraq hərəkət etmək sizi mübarizənin içinə salır. Həftədə 60-70 saat işləyirdim, amma heç bir şeyin dəyişdiyini görə bilmirdim. Həyatınızı, ətrafınızdakı insanlar üçün deyil, öz istədiyiniz kimi dizayn edin.

Necə bir insan olmaq istədiyinizlə bağlı qəti qərar verdikdə, hər gün maliyyə taleyinizi nəzarət altında saxlamağa başlayarsınız. Əgər zamanla inkişaf etməyə və hər gün dünəndən daha yaxşı olduğunuzu göstərməyə davam etsəniz, etmək istədiklərinizi görmək sizi təəccübləndirəcəkdir... 6 rəqəmli məbləği qazanmağa və kifayət qədər zəngin olmağa düşündüyünüzdən daha yaxınsınız.