İnkişafda olan sahibkar olmaq üçün 5 qayda

Rəqabətin yüksək olduğu dünyamızda sahibkar olmaq çətin görünə bilər. Davamlı işləyərkən bir şirkət yaratmaq və ya məhsul istehsal etmək, sizi uğurlu bir sahibkar etməyə kifayət etməyəcəkdir. Məqsədiniz bir sahibkara çevrilməkdirsə, yeni düşüncə formaları yaratmağa, zamana uyğunlaşmağa və həyatda qalmağı təmin edəcək yeni qaydaları  özünüz üçün inkişaf etdirməyə ehtiyacınız var.

Məsuliyyət Alın. Bir sahibkar olaraq bütün şirkətdən, işçilərdən və şirkətin gələcək həyatından siz cavabdehsiniz. Bir sahibkar kimi hər şeyin hesabını verəcək olan o səlahiyyətli  sizsiniz. Məsuliyyəti başqasının üzərinə atmağa heç bir lüzum yoxdur. Bunun üçündə düzgün şəkildə idarəetmə sistemini yaratmaq sizin üzərinizədir.

Böyük Şəkilə Baxın. İşə, şirkətə və ümumiyyətlə iş prosesinə bütünlüklə baxın. Daha geniş bucaq altından bir işə baxmaq, orada bütün problemli məsələləri görmək deməkdir. Şirkəti bir orkestr kimi idarə edin. hər bir iş planlı və hədəfə yönəlmiş olmalıdır. İşlərin ləngitmədən getməsini təmin etmək də sizin vəzifənizdir.

Daim Öyrənin. Bəzi sahibkarlar özlərini hər şeyi bilmiş kimi göstərirlər və yeni bir şey öyrənmə niyyətində olmurlar. Ama bu səhv yanaşmadır. Ancaq həqiqətən bir sahibkar olmaq niyyətiniz varsa davamlı olaraq öyrənməlisiniz. Əsasən sahənizlə bağlı və sizin olduğunuz sahəyə ən yaxın hansı sahələr varsa onlar haqqında məlumatlı olmalısınız. Əgər siz işçilərinizin gündəlik nə işlə və bu işləri necə etdiyini bilmirsinizsə sizin sahibkarlığınız çoxda uzun çəkməyəcəkdir. Bununla yanaşı siz bir çox bacarıqlarıda davamlı olaraq öyrənməlisiniz. İşçilərin motivasiyasını artırmaq, sərmayə tapmaq, plan və strategiyalar hazırlamaq, tədbirlərdə qüsursuz şəkildə çıxış etmək, reklam kampaniyalarını idarə etmək və s. kimi bacarıqları özünüzdə cəmləməlisiniz.

Qeyri-müəyyənliyi Qucaqlayın. Davamlı olaraq inkişaf edən bir dünyada hər zaman dəyişikliklərin ola biləcəyini göz ardı etməməlisiniz. Çox sahibkarlar üçün yaradıcılıq və məhsuldarlıq, sabitliyin təmin etdiyi rahatlığın bitdiyi yerdə başlayır. Ancaq sizin bu yeni halınız, yəniki   qeyri-müəyyənliyi qucaqlayaraq və güclü olduğunuz istiqamətləri kəşf edərək fürsət və risklərdən maksimum fayda əldə edəcəksiniz. Çevik bir inkişaf anlayışınız və ən az sizin qədər çevik düşünən və hərəkət edə bilən bir komandanız varsa, qeyri-müəyyənlik haqqında çox narahat olmadan yola davam edin.

Daha Yaxşı Səhv Edin. Sahibkar olmaq səhv etməkdən qorxmamaqdır. Ancaq bu o demək deyilki siz hər bir ağır yükün və baş tutması mümkün olmayan yükün altına girməlisiniz. Öz işinizi etməyə başladıqda səhvlər sizin öyrənmə xəttinizin bir parçası halına gəlir. Səhv edin, onlardan öyrənin və özünüzə eyni səhvi ikinci dəfə təkrarlama haqqını heç vaxt tanımayın. Bu qayda sizə daima yüksəlməyi və rəqiblərinizdən bir addım öndə olmağı gətirəcəkdir.


  • Haqqımızda

    Biznesmen.az Azərbaycanda sahibkarlığın mövcud vəziyyətinin daha da sürətlənməsi üçün fəaliyyət göstərməkdədir. Ölkədəki sahibkarlar biznesmen.az vasitəsi ilə dünyada və ölkədə biznes və alt ixtisaslarda nələrin baş verdiyini, nə kimi yeniliklərin olduğunu oxuya bilər, ölkəmizdə olan və dünya mütəxəssislərinin reportajlarını dinləyə bilər, sahibkarları yaxından maraqlandıracaq mövzularla baş tutacaq radio verlişlərimizi dinləyə bilərlər. Bizneslə bağlı maraqlı verlişləri, saytımızdan və sosial şəbəkədə olan hesablarımızdan izləyə bilərlər. 

  • Seçilmiş yazılar

  • Twitter yazıları