iPhone SE Azərbaycan bazarına nə zaman gələcək?

Xəbər verdiyimiz kimi, ötən həftə “Apple” markası yeni “iPhone SE” modelini təqdim edib. “iPhone SE” 31 martdan etibarən ilk olaraq ABŞ, Almaniya, Avstraliya, Çin, Fransa və bir çox inkişaf etmiş ölkələrdə satışa çıxarılacaq.

Türkiyədə isə yeni model aprelin 7-dən satışda olacaq.

“iPhone”un yeni modelinin ölkəmizdə nə vaxt satışa çıxarılacağını öyrənmək üçün bir neçə telefon mağazaları şəbəkəsinə zəng vurulub.

“WorldTelecom” şirkətindən yeni modelin gələn aydan satışa çıxarılacağı bildirilsə də, “İrşad Electronics”dən bu barədə hər hansı bir məlumatlarının olmadığını qeyd edilib:

“Yeni modelin ölkəmizdə nə vaxt satışa çıxarılacağı və qiyməti barədə məlumatımız yoxdur”.

Qeyd edək ki, “iPhone SE”adlandırılan modelin ekran böyüklüyü “iPhone 5s”lə eyni ölçüdə, xüsusiyyətləri isə “iPhone 6s”ə yaxındır. 16 gb-lıq modelin qiyməti 399, 64 gb-lıq modelin qiyməti isə 499 dollardır. Türkiyədə stış üçün qiymət qiymət 1999-2399 lirə arasında müəyyənləşib.


  • Haqqımızda

    Biznesmen.az Azərbaycanda sahibkarlığın mövcud vəziyyətinin daha da sürətlənməsi üçün fəaliyyət göstərməkdədir. Ölkədəki sahibkarlar biznesmen.az vasitəsi ilə dünyada və ölkədə biznes və alt ixtisaslarda nələrin baş verdiyini, nə kimi yeniliklərin olduğunu oxuya bilər, ölkəmizdə olan və dünya mütəxəssislərinin reportajlarını dinləyə bilər, sahibkarları yaxından maraqlandıracaq mövzularla baş tutacaq radio verlişlərimizi dinləyə bilərlər. Bizneslə bağlı maraqlı verlişləri, saytımızdan və sosial şəbəkədə olan hesablarımızdan izləyə bilərlər. 

  • Seçilmiş yazılar

  • Twitter yazıları