İş dünyasın yeni liderləri

Dünyada texnologiyanın sürətli inkişafı yalnız köhnə texnolojiyanın  deyil, eyni zamanda bütün sektorların təməlinin yerindən oynamasına səbəb olmuşdur. Heç kimə sirr deyil ki, bu gün və artıq illərdir ki, internet ya da dijital mühiti bir vaxtlar əyləncə məqsədi ilə quran gənclən hal hazırda milyonlarla kütlənin istifadə etdiyi şirkətlərə, istehlak mərkəzlərinə çevrilmişlər. Artıq bu şirkətlərin bəziləri kütlələrin ehtiyaclarını belə özləri müəyyən edir, onları istədikləri yeniliklərə doğru apara bilirlər. Təbii ki, bu yeniliklər də, toplumun yararınadır. Bəs bu yeni sektorların inkişafı illərdir ki fəaliyyət göstərən sektorlara nə şəkildə təsir etmişdir.?

Bu sualın cavabını yəqin ki, yeni ortaya çıxan dijital mühitli şirkətlərin uğurlarını və kütlələr tərəfindən nə dərəcədə qəbul edilmələrini açıqlamaqla cavab tapmış olacağıq.

2004-cü ildə bir gənc tərəfindən yaradılmış olan Facebook bu gün dünyanın ən böyük sosial şəbəkəsidir. Bəli, facebook bir böyük media quruluşudur. Bu sosial media hər nə qədər də, media qurumu kimi görsənməsə də, o artıq xidmət vermiş olduğu 2 milyarda yaxın istifadəçisi ilə bunu sübut etmişdir. Bir zamanların böyük media quruluşları illərdir topladıqları sərmaye ilə yeni ofislər açaraq, müştərilərinin istəklərinə uyğun çox sayıda açar sözlüklər yaradaraq yayılmağa çalışarkən, bir mərkəzdən idarə edilən facebook bu gün 2 milyarda yaxın istifadəçisini həm açar sözlük həm də müştəri kimi istifadə etməkdədir. Bəli, facebookda hər kəs həm istehlakçı, eyni zamanda da istehsalçıdır. Elə bu səbəbdən də facebbok bu gün dünyanın ən böyük şəbəkəsinə sahib, sərhəd tanımayan media quruluşudur.

Bu uğurlu dəyişimlərdən biri də, əmlak və ev kiralama sektorundakı firmaları iflasla qarşı-qarşıya qoymuşdur. İllərdir belindəki çantalarla ekstrimal həyat sürmək istəyən turistlərdən tutmuş, ən bahalı otellərdə gecələmək istəyənlərə xidmət verən quruluşlar da son zamanlarda dijital mühitdəki inkişaf qarşısında aciz qalmışlar. Halbu ki, bu şirkətlər illərdir bu sektorun liderləridir və onlar gəlir əldə etmək üçün yetərincə böyük məbləğlər xərcləmişlər. Amma, Airbnb bu sektora yenilik gətirən digər dijital yeniliklərindəndir və onlar çox kiçik büdcə ilə bu gün dünyanın ən böyük ev kiralama quruluşudur. Airbnb digər şirkətlərdən fərqli olaraq istehlakçıya eyni zamanda istehsalçı movqeyini də qazandırmışdır. Bu şirkətin fəaliyyətləri nəticəsində, insanlar boş qalan evlərinin bir otağını asanlıqla kirayə verir, ya da bir müddətlik tətilə getdiklərində boş qalan evlərini ödəniş qarşılığında bir başqalarına xidmət kimi təklif edə bilirlər. Eyni zamanda tətil etmək fikrində olan həmin ev sahibləri gedəcəkləri bölgədə qonaqlamaq üçün ev axtarışına da girərək, eyni zamanda həm istehlakçı həm də istehsalçı mövqeyini tuturlar. Nəticədə bu insanlara əlavə gəlir əldə etmə və eyni zamanda daha az miqdar ödəyərək ev kiralama üstünlüyü vermişdir.

Gördüyümüz kimi, günümüzün dijital inkişafları bəzi sektorlardakı zirvələrin dəyişməsinə səbəb olmuşdur. Facebook bu gün illərdir reklam sektoruna ciddi miqdarda büdcə ayıran media şirkətlərini, Airbnb əmlək sektorunun ən güclülərini iflas təhlükəsi ilə qarşı-qarşıya qoyursa sektorda qalmaq üçün mütləq yeniliklərə ayaq uydurmaq artıq şərt olmuşdur. Amma, zirvəni tərk etmək məcburiyyətində qalan şirkətlər son həmlə kimi, Barselonada və Berlində, taksi xidməti sektorunda lider olan Uberə nəticəsiz etiraz etmək yolunu seçməməlidirlər. Bu gün müştərilərinə yüksək xidmət verən Uber 50 milyard dollar dəyərə sahibdir. Etirazçıların tək çıxış yolu isə, vermiş olduqları xidmətdə dəyişikliklər etmələrinin vacibliyidir.