İş görüşmələrində uğurlu olmaq üçün diqqət edilməsi vacib nöqtələr

İstər təcrübəli olun, istərsə də təcrübəsiz olun. Hər birimiz iş görüşmələrinə gedərkən ilk əvvəl bir neçə nəfər üzvi olan müsiflər heyəti tərəfindən sorğu suala tutuluruq. Bir başqa deyişlə intervyu ya da müsahibə. Bəzilərimiz bu müsahibə masası arxasında oturarkən həyəcandan stress keçirir, bəzilərimiz isə, nəticəsinin əvvəlcədən yaxşı olacağına inanar şəkildə bu teorimizdən güc alaraq xeyli sərbəst oluruq. Amma, bəlkə də hər birimizin otraq nöqtəsi, bu müsahibədən müsbət nəticə əldə etmədikdə ortaya çıxır. Əksəriyyətimiz nə üçün seçilmədiyimizi bilmir və uzun müddət öz içimizdə haqsızlığa uğradıldığımızı zənn edirik. Amma, heç bir faydası olmayacağını da yaxşı bilirik.

Bu günkü yazımızda sizə, xüsusi ilə də satış təmsilçilərinə iş görüşmələrindəki müsahibələrdə necə davranmaqlarının onlara kömək olacağından bəhs etməyə çalışacağıq. Təbii ki, əksəriyyətimizin bu iş görüşmələrində hər kəsə ünvanlanan məlum suallar haqqında yetərli xəbəri var. Siz, elə bir neçə saat əvvəl hazırlıq məqsədi ilə beynimizdə hekayələr də uydurmuş ola bilərsiniz. Hansı ki, bu hekayələr sizin daha hazırlıqlı, savadlı və çalışqan olduğunuzu göstərməyə xidmət edəcəkdir.

Amma, diqqət edilməsi lazım olan məsələ əslində tam fərqlidir. Unutmamalısınız ki, sizi sorğu suala tutan bir neçə nəfərdən ibarət həmin o heyət, sizin nə anlatdığınızla bərabər, hansı cümlərlədən istifadə etdiyinizə də diqqət yetirəcəklər. Bir sözlə, onlar sizin nağıl danışa biləcəyinizi ehtimal edərək cümlələrinizdəki gizli mesajları müəyyən etməyə çalışacaqlar.

Elə bu səbəbdən də, siz qarşı tərəfi razı salacaq məzmundan çox, sizin həqiqətən də gerçəkləri danışdığınıza onları inandıracaq cümlərdən istifadə etməyiniz vacib olacaqdır. Yəni, seçdiyiniz sözlər və cümlələrin gücü iş görüşməsinin nəticəsinə ciddi təsir edən amillərdəndir.

Bəzi hallarda müsahibə alınan şəxsin suallara verdiyi cavablar onun nələri etdiyini ortaya qoymaqla bərabər, nələri etmədiyini də aşkarlamış olur. Yəni, əslində sizin müsahibələrdə keçmiş təcrübələriniz haqqında bəhs etdiyiniz cümlələrdə zaman ardıcıllığı o qədər də önəm kəsb etmir. Ən vacib olan isə, “edərdim, istəyərdim” kimi kəlimlərə yol verməyinizdir. Bu kəlimlər əksər vaxtlarda dəyərləndirici heyət tərəfindən boş vədlər və əzbərlənmiş teorilərdən ibarət hekayə kimi qəbul edilməkdədir. Digər tərəfdən əgər siz, iş görüşməsində tez-tez “adətən, əksər vaxtlarda” kimi sözlərə yer verərək fikrinizi bildirməyə çalışırsınızsa bu cavabların da imtahan nəticənizə mənfi təsir edəcəyini unutmamalısınız. Aşağıda gerçəklik payının yüksək olduğuna inanılan və əksər hallarda keçmiş zaman dilimində bəhs edilən ifadələrə yer verilmişdir. Yəni, iş görüşməsində doğru olduğu güman edilən ifadələr çox hallarda keçmiş zaman şəklində dilə gətirilir.

“Satışlar istənilən səviyyədə deyildi”,

“İşimiz həddindən artıq çox idi”,

“Qərar verdim və bacardım”,

“Müştərilərimizdən şikaətlər eşitməyə başlamışdıq”.

Dəyərləndirici heyət tərəfindən doğruluq payının az olduğuna inanılan ifadələr isə, aşağıdakı kimidir.

“Nəticə əldə etmək istədiyim zaman əlimdən gələni edərəm”,

“Bacaracağıma əminəm”.

Bu yazımızda iş görüşməsində qarşı tərəfi necə razı salacağınızdan bəhs etməyə çalışaraq eyni zamanda müvəffəqiyyət qazana bilmədiyiniz iş görüşmələrinin sizə sual olaraq qalan səbəblərini diqqətinizə çatdırmağa çalışdıq. Ümid edirik ki, siz bu yazımızdan nəticə çıxaracaq və əvvəlki iş görüşmələrinizdə yol verdiyiniz səhvlərinizə növbəti imtahanlarınızda yol verməyəcəksiniz.