İş yerində məhsuldarlığı artırmağın yolları

Dar düşüncəli idarəçilər hər zaman tam idarəni əldə saxlamaq istəyərlər. Bəzi idarə edicilər isə idarəni iş yerində tənzimləyərlər. İşçilərin yaxşı işlər ortaya qoymasına imkan yaradacaq rahatlığı onlara vermək çox ağıllıca bir işdir ama bu abu havanı yaratmaq çətindir.  Başlanğıcda bunu əldə edə bilmək üçün buyurun sizə üç yol. Bu həm sizin həmdə iş kollektivinizin xeyrinə olacaqdır.

Hədəf Təyin Etmə Müddətinə İşçilərinizidə Qatın

Hədəf seçərkən işçilərinizdən fikirlər alın. Sizi təəccübləndirə bilərlər. Yeni fikirlər, yeni idealar ortaya qoya bilərlər. Hər uğurlu xırda fikir, sizi hədəfə daha rahat bir yolla apara bilər. Bir hədəfi analiz edərkən toplantı halında işçilərinizidə bir araya toplayın. Bu isə onlara həm özlərini daha həvəsləndirilmiş hiss etdirəcək həmdə iş yeri üçün vacib bir şəxs kimi hiss etdirəcəkdir. Motivasiya yüksəkliyi isə daha böyük uğurlar ortaya qoyacaqdır.

Əmr Verici Cümlələrdən Bacardığınız Qədər Qaçın

"Etməlisən" , "tez ol" , "Biraz tez" kimi sözləri bir ağızdan işlətməkdən çəkinin. Bunun əvəzində isə "nə qədər tez etsən o qədər bizim uğurumuz üçün xeyirdir" , "mən inanırma ki tez bir zamanda bu işi bitirəcəksən" , "inanıram sənə" , " səncə?" kimi  və buna bənzər motivasiya edici sözlərdən çox istifadə edin. Fikrinizi qəbul etdirmək istəyirsinizsə psixoloji sözlərdən istifadə etməyiniz məsləhətdir. Məsələn. "Bu fikri mən irəli sürdüm. Çox uğurlu olacaq. Düşünürəmki sizdə  mənimlə razısınız."

İşçilərə Fikirlərini Danışmaları Üçün Vaxt Ayırın

İş saatlarında müəyyən vaxtlarda işçilərinizə vaxt ayırın. Aralarında əmin olun ki, çox gözəl fikirlər verəcək olanlar vardır. O fikirləri qazanmağa çalışın və dəyərləndirin. Bu fikirlər nəticəsini göstərdiyi zaman bunu öz uğurunuz kimi qələmə almayın. Bunun üçün işçinizə təşəkkür edin. Onun razı qalması üçün daha gözəl fikirlər ortaya qoya bilməsi üçün qiymətləndirərək həvəsləndirin.