İşinizi tərk etmədən öz şirkətinizi qurmaq üçün 10 səbəb

Günümüzdə bir çox şirkətin uğursuzluğunun şahidi oluruq. Buna görə də işinizdən ayrılıb şirkət qurmaq çox ciddi bir qərardır. Bu yazıda illərdir ki, çalışdığınız və güvənli olan işinizi tərk etmədən, öz şirkətinizi necə quracağınız barədə tövsiyyələr verəcəyik.

Heç vaxt öz şirkətinizi qurmağınız üçün çalışdığınız işi tərk etmək şərt deyil.  Əlbəttə, işdən evə gəldikdən sonra quracağınız şirkət haqqında düşünmək, əlavə enerji tükətmək çox çətindir, amma günümüzdəki şirkətlərin uğursuzluq nisbətinin 80 % olduğunu düşünsək, işinizi tərk etməməyiniz çox dəyərlidir.

Həm tam ştat bir işdə çalışıb, həm də öz şirkətinizi qurmaq üçün vacib olan nüanslar aşağıdakılardır:

Ofis mühitiniz sizə ilham verə bilər. Paul Graham “Şirkət qurmaq üçün fikirlər necə tapıla bilər ?” adlı yazısında insanların problemlərinin nə ola biləcəyini təxmin etmək yerinə,  ilk ağlınıza gələn problemlər üzərinə yönəlməyinizin lazım olduğunu qeyd edir. Çalışdığınız ofis mühitində bunları düşündüyünüz zaman bu problemləri daha yaxşı anlayacaq və düzgün cavablar tapacaqsınız.

Təcrübə qazanacaqsınız. Bir iş qurmaq çətindir, lakin fərqli yönlərini öyrəndikcə işləriniz asanlaşacaqdır. Məcazi mənada desək, okeana atlanıb üzməyi öyrənməyi ummaq yerinə, bunun üçün hazırlıq mərhələsi keçmək fürsətinə sahibsiniz. Əgər perspektivli bir şirkətdə çalışırsınızsa, idarəçilik, liderlik, marketinq, maliyyə kimi sahələrdə bilmədiklərinizi öyrənə bilərsiniz. Bir iş qurarkən nələrin edilməsinin lazımlı olduğunu müşahidə edə bilər və bunlardan nəticə çıxarda bilərsiniz.

İş yoldaşlarınız ilə ünsiyyəti davam etdirə bilərsiniz. İş yoldaşlarınız ilə bugünkü əlaqələriniz sizə şirkət qurduğunuz zaman böyük fayda verə bilər. Bu faydalar güvəndiyiniz bir insanı öz quracağınız şirkətdə işə götürmək ola biləcəyi kimi, çox bilginizin olmadığı bir məsələdə məsləhət almaq da ola bilər. Əgər onlarla xoş ünsiyyət qurmağa cəhd etsəniz, sizə kömək etməyə hər zaman hazır olacaqlar.

Şərikinizi tapa bilərsiniz. İş mühiti, iş yoldaşlarınızın professionallığı ilə tanış olmaq şansı verdiyi üçün çox əla yerdir. Məktəb yoldaşlarınızdan fərqli olaraq iş yoldaşlarınızın iş mühitində bacarıqlarına aşina olduğunuza görə hansısa bir problemi həll edib-edə bilmədiklərinə əmin olursunuz.

İş yerinizdəki qaynaqlardan yararlana bilərsiniz. İş yoldaşlarınız sizin uzaq olduğunuz məsələlərdə mütəxəssis ola bilərlər və bu öz şirkətinizi qurarkən sizə çox kömək edə bilər. Bu mütəxəssislər hazır qaynaqlardır. Məsələn öz qurmaq istədiyiniz şirkət üçün sayt dizayn etmək istəyirsinizsə, çalışdığınız şirkətin qrafik dizaynerindən tövsiyyə istəyin. Şirkətiniz qurmaq üçün bəzi şeylərdən əmin deyilsinizmi ? Maliyyə şöbəsindən birinə çay içməyi təklif edin. Bu qədər sadədir.

İş yoldaşlarınızla hər an sizə kömək etməyə hazırdırlar. Şirkət qurmaq ilə bağlı problemlər və suallarınız olduqda ailənizin və doslarınızın əksinə, iş yoldaşlarınız daha professional davranaraq öz bilgilərini sizinlə paylaşacaqlar.

Distribütor kanalına sahib ola bilərsiniz. Əgər sizin tapdığınız bəzi həll yolları çalışdığınız şirkətin müştərilərinin ehtiyacını qarşılayırsa, onlar sizin də müştəriniz ola bilər. Həll yollarınızı bu müştərilər vasitəsilə satmaq istəyirsinizsə müdirinizlə razılığa gəlməlisiniz.

Maliyyə dəstəyi ala bilərsiniz.  Müdirinizin şirkətinizi maliyyə cəhətdən dəstəkləməsi üçün razılığa gələ bilərsiniz və bu sizə böyük fayda verə bilər. Qurmaq istədiyiniz şirkət çalışdığınız şirkətlə eyni sahəni əhatə edirsə müdirinizin də diqqətini cəlb edəcəkdir.

Özünüzü daha güvənli hiss edəcəksiniz. Statistik olaraq şans sizin əleyhinizədir. Çünki bir çox insan iş qurmaq istəyərkən uğursuzluğa məruz qalmışdır. Amma bu vəziyyətin sizi ruhdan düşürməyinə icazə verməyin. Əslində bu yaxşı bir şeydir, çünki hər uğursuzluqdan sonra təcrübə qazanırsınız. İşin reallığı odur ki, şirkət qurmaq istəyərkən başqa bir şirkətdə çalışmaq çətindir, amma diqqət çəkici bir fəaliyyətdir. Çünki ən güvənlisi budur. Beləcə, əgər uğursuz olsanız belə tez bir zamanda özünüzü ələ alıb ayağa qalxa bilərsiniz.

Qısacası, bir şirkət qurmaq üçün işinizi tərk etməyinizə ehtiyac yoxdur. Əksinə, ehtiyacınız olan hər şeyə sahibsiniz və bunlar tamamilə risksizdir. İstefa məktubunu yazıb, ofisi tərk etmədən öncə bir daha düşünün.


  • Haqqımızda

    Biznesmen.az Azərbaycanda sahibkarlığın mövcud vəziyyətinin daha da sürətlənməsi üçün fəaliyyət göstərməkdədir. Ölkədəki sahibkarlar biznesmen.az vasitəsi ilə dünyada və ölkədə biznes və alt ixtisaslarda nələrin baş verdiyini, nə kimi yeniliklərin olduğunu oxuya bilər, ölkəmizdə olan və dünya mütəxəssislərinin reportajlarını dinləyə bilər, sahibkarları yaxından maraqlandıracaq mövzularla baş tutacaq radio verlişlərimizi dinləyə bilərlər. Bizneslə bağlı maraqlı verlişləri, saytımızdan və sosial şəbəkədə olan hesablarımızdan izləyə bilərlər. 

  • Seçilmiş yazılar

  • Twitter yazıları