İşinizi uşaqlarınıza tövsiyyə edərsiniz?

Kənd təsərrüfatı və dənizçiliklə məşğul olan insanların 67 %-i işlərini öz uşaqlarına da tövsiyyə edəcəklərini söyləyirlər. Salary.com-un internetdə 3000 nəfər üzərindən etdiyi bir araşdırmanın cavabına görə bu faiz digər işlərə nisbətən çox yüksəkdir. Ardınca 44 % ilə professional xidmət sektoru, 43 % ilə İT sektoru, 42 % ilə səhiyyə sektoru, 41 % ilə dövlət və energetika, 36 % ilə mühəndislik və dizayn, 36 % ilə təhsil, 36 % ilə sənət və media sektoru gəlməkdədir. İşlərini uşaqlarına tövsiyyə etmə ağırlığı ən az olan isə 25 % ilə turizm, 24% ilə maliyyə və bankçılıq, 24 % ilə pərakəndəçilik sektorlarıdır. Araşdırmada iştirak edən toplam 3000 nəfərin yalnız 36 %-i uşaqlarına öz işlərini tövsiyyə etdiklərini bildirdilər.

Mənbə: Do Americans Still Value Hard Work?