İşləyərkən fikrinizin yayınmasının qarşısını ala biləcək 5 önəmli tətbiqetmə

Siz işinizlə məşğul olarkən özünüz də hiss etmədən, öz məhsuldarlığınızı düşürürsünüz. Daha doğrusu biz ofisdə öz işimizi görərkən, oturduğumuz oturacaq da öz işini görməyə davam edir. Bəli, o bəlkə də yumuşaq və rahatdır, bəs cırıldamağı necə ? İlk öncə iş otağınızda sizin məhsuldar çalışmağınızı əngəlləyən bu cür neqativ təsirlərdən uzaqlaşın. Özünüzə rahat və cırıldamayan oturacaq seçin, səssiz yoxsa musiqili bir mühitdə işləmək arasında seçiminizi müəyyən edin. Amma, bununla bərabər sizin diqqətinizi yayındıran, sizi hövsələdən çıxaran bir çox səbəb ola bilər. Bəzən də mənfi enerjinin nədən qaynaqlandığını tapa bilmirik. Müasir dünyamızın iş həyatı isə, belə xırda səbəblərdən yaranan böyük problemləri, heç bağışlamır. Yəni, özümüzü olabiləcək neqativ təsirlərə hazırlamaq bizi hədəflərimizə çatmağımızda daha da yardım edəcək və özünüzü əsil vaz keçilməz işçi kimi hiss edəcəksiniz. Sizə bu işdə kömək olacaq bəzi tətbiqetmələri təqdim edirik.

PasswordBox

İş həyatında insanı hövsələdən çıxaran ən əsas şeylərdən biri, şifrələrdir. Yəqin ki, hər birinizin başına gəlib. Böyük bir işi uğurla bitirirsiniz və məqam çatır şifrəyə. Bu e-mail, telefon, plastik kart və ya sosyal medya hesab şifrəsi ola bilər. Bu şifrələrdən birini unutduğunuzda işə cəmləşdirdiyiniz fikriniz dağılır  və bu vəziyyət həm sizin işinizi gecikir, həm də keyfinizin bir balaca pozulmasına səbəb olur. PasswordBox elə bu vəziyyətin yaşanmaması üçün nəzərdə tutulmuş bir tətbiq etmədir. Siz hər hansı bir istifadəçi adı-şifrə daxil etdikdə sistem avtmatik olaraq bunu öz listinə daxil edir. Bu funksiyanı yerinə yetirən fərqli sistemlər var, amma, bu sistemlərdən hər hansı birinə sahib deyilsinizsə PasswordBox-dan yararlanmaq sizin üçün faydalı olacaqdır.

Pocket

İş mühitində işinizlə əlaqədar olaraq hər hansı bir məlumat əldə etmək üçün internetdən istifadə etmək artıq adi haldır, həm də vaxt qazanmaq adına xeyli yararlıdır. Amma, bəzən biz bir məlumatı əldə etmək istədiyimiz sayta daxil olarkən, “Apple Avtomobil İstehsal Etməyə Başladı” şəklindəki xəbər bizi Appledən, Mercedesə, Mercedesdən də digər avtomobil markalarına qədər apara bilər. Hal bu ki, biz Belçikanın bayrağında hansı rənglərin olduğunu öyrənmək üçün və vaxtımıza qənaət adına internetdən istifadə etmək qərarına gəlmişdik.

Bunun qarşısını almaq üçün fikrinizi Pocket tətbiqetməsinə yönəltmək istəyərdik. Bu tətbiqetmə bir qədər facebookun “qeyd et” funksiyasına bənzəyir. Amma, bu tətbiq etmənin üstün cəhəti isə, Pocketin avtomatik olaraq özünü “mause”nin sağ düyməsinə əlavə etməsidir. Siz diqqətinizi çəkən linkləri sağ düymədən istifadə edərək yaddaşa verə, və daha sonra hər birini incələyə bilərsiniz.

İnbox pause

Tədqiqatlara görə mail adresini ziyarət edən bir işçinin yenidən öz işinə əvvəlki kimi uyğunlaşması ortalama olaraq 16 dəqiqə vaxt alır. Günümüzdə, xüsusi ilə də özəl günlərdə mail hesablarımıza öz satışlarını artırmaq istəyən bir firmadan endirim kampanya məktubu, təbrik maili v.s. gələ bilər. Qısacası bir başqa firma öz satışlarını artırmaq üçün sizə məktub yollaması bu dəfə sizin məhsuldarlığınızı endirəcəkdir. Bunu qarşısını almaq üçün İnbox pause tətbiqetməsindən yararlanma yerinə düşəcəkdir. Əgər siz gün boyunca, ya da hər hansı bir zaman dilimində önəmli mail gözləmirsinizsə İnbox pause ilə hesabınızı dondurmaq işinizə yarayacaqdır.

StayFocusd

Zamanımızı bir göz qırpımında xərcləyən bir başqa ünsür isə, sosyal medyalardır. Xüsusi ilə Facebook və Twitter kimi sosyal medyalarda bildirimlər həm zamanımızı xərcləyərək həm də işdən bizi ayıraraq məhsuldarlığımıza mənfi təsir edir. Elə bu səbəbdəndir ki, bir zamanlar bəzi şirkətlər ofislərdə sosyal medyalara girmək üçün əngəllər qoyurdular. Amma, günümüzdə sosyla medyaların önəm dərəcəsi xeyli artdığından bu metod artıq bir qədər tərk edilmişdir. Amma, StayFocusd tətbiq etməsi sizin sosyal medyalar üçün ayıracağınız vaxtı özünüzün müəyyən etməsinə yarayacaqdır. Siz bu tətbiq etmə ilə, özünüz üçün vaxt aralıqları müəyyən edə bilər, digər zaman aralıqlarında isə, StayFocusdun blog xidmətindən yararlana bilərsiniz.

Sidekcik

Son olaraq isə, diqqətinizə Sidekcik tətbiqetməsini çatdırmaqda yarar vardır. Bu tətbiq etmə də sizin işə diqqət cəmləməyinizə kömək edəcəkdir. Əgər siz birinə mail göndərdikdə qarşıdakının mailinizi oxuyub oxumadğını düşünür və bu vəziyyət sizi narahat edirsə, o zaman Sidekcik tətbiq edməsinə müraciət etmk sizi rahatladacaqdır. Siz bu tətbiqetmə ilə, qarşı tərəf mailinizi  oxuduqda anlıq bildirim alacaqsınız və bu tez bir zamanda işinizə dönməkdə kömək edəcək.