İxtisas dəyişdirməyin yaş ilə əlaqəsi varmı?

Dünya sürətlə dəyişir. Artıq avtomobillərimizi, evimizi, mebellerimizi qarantiya vaxtı yetişmədən yeniləyirik. Bu qədər çox sürətli dəyişikliklərin olduğu bir dünyada ən çətin dəyişiklik ixtisasımız ilə əlaqədardır.

İxtisas seçimi məktəb illərindən etibarən başlayır, təhsil həyatımız boyunca davam edir və müddət ərzində seçimlərimizi dəyişdirməkdə bir çox problemlərlə üzləşirik. Hətta universitet ixtisası seçərkən gənclərə sevdiyiniz ixtisası deyil, maddi ehtiyaclarınızı ödəyəcək ixtisası seçmək kimi yalnış tövsiyyələr verilir.

Bunun nəticəsi olaraq bir çox insan sevdiyi işlə məşğul ola bilmir. Üstəlik ixtisas dəyişdirməyin tək səbəbi sevməmək deyil. Bəziləri ixtisasında irəliləyə bilmədiyi üçün, bəziləri gəlirindən məmnun olmadığı üçün ixtisas dəyişdirmə ehtiyacı duyur. Əgər sorğu keçirsək, ixtisasının əsiri olan bir çox adam tapa bilərik. Əslində isə ixtisas dəyişdirmək heç də qorxulu bir məsələ deyil.

Bu məsələdə təcrübələrimizi sizinlə paylaşaraq ilk addımı atmağınız üçün sizi cəsarətləndirməyə çalışacağıq.

İllər keçdikcə gənclərin ixtisasınızda sizdən daha bacarıqlı olduğunu görməyə başlayacaqsınız. Bu vəziyyət bir çox ixtisasda çalışanlar üçün bir təhdiddir. Ətrafınızda 60 yaşında neçə bank müdürü, müəllim var ? Burada qərar sizlərindir. Ya dəyişmək sırasının sizə gəlməyini gözləyəcəksiniz, ya da özünüzü dəyişdirməyə başlayacaqsınız.

Bəs mən bu ixtisasla məşğul olmaq istəyirəm deməklə hər şey həll olurmu? Təəssüf ki, xeyir. Əvvəlcə seçdiyiniz ixtisas şəxsiyyətinizə, bacarıqlarınıza uyğun olmalıdır.        

Yeni ixtisasınız haqqında xeyli araşdırma aparın. Əskik cəhətlərinizi müəyyənləşdirib özünüzü inkişaf etdirin. Əgər bir neçə alternativiniz varsa hazırki işinizə ən yaxın olanını seçməyiniz sizə üstünlük qazandıracaqdır.

Gənclik illərində istədiyiniz amma sahib ola bilmədiyiniz ixtisasa illər sonra sahib olmaq daha çətin olmazmı ? Bu sualın cavabı başqa sualdadır. İndiki düşüncəniz olsa, gənclik illərində nələr edərdiniz ? Artıq indiki düşüncəyə sahibsiniz və istifadə edə bilərsiniz. Neçə illərdir ki qazandığımız təcrübələr, inkişaf edən düşüncə tərziniz gənclik illərində həll edə bilmədiyiniz problemlərin öhdəsindən gəlməkdə sizə kömək olacaq.

Önəmli bir məsələ də, ixtisas dəyişdirmək ilə iş dəyişdirməyin bənzər ama fərqli  məsələ olduğudur. İxtisas dəyişdirmə ehtiyacı duyanların bu addımı atmadan öncə iş dəyişdirməklərini sınamağı məsləhət görürük. Bunun sayəsində həm özlərini dəyişikliyə hazırlaya bilərlər, həm də nə istədiklərini daha yaxşı bilərlər.

Diqqət etməli olduğunuz bir məsələ də yeni ixtisasınızda daha çox çalışıb özünüzü sübut etməyiniz lazım olacaqdır. Özünüz və ailəniz bu məsələyə hazır olsun.

Heç bir şey üçün gec deyil, amma unutmayın ki, yeni ixtisasa yönəlmək keçmişdəki hər şeyi silib atmaq demək deyil. Uğursuz olsanız bilin ki, geridə illərinizi verdiyiniz bir ixtisasınız olub və istəsəniz geri dönə bilərsiniz.

Yeni ixtisasınızda köhnədə əldə etdiyiniz bütün bacarıqları hər fürsətdə istifadə edin. Köhnə ixtisasınız sizə yenisində fərqli və uğurlu olacağınızı təmin edəcək bacarıqlar qazandıracaqdır.