Jeff Bezos bütün zamanların ən varlı şəxsi oldu

“Amazon” şirkətinin təsisçisi Jeff Bezos bütün zamanların ən varlı insanları reytinqində birinci yeri tutub.

Qeyd etmək lazımdır ki, daha öncə ən böyük sərvətə sahib olan biznesmen Bill Gates hesab olunurdu. Bloomberg-in məlumatlarına əsasən Bezos-un sərvəti 105.1 milyard dollara çatıb. Forbes reytinqində isə onun sərvəti 104.4 milyard dollar dəyərində qiymətləndirilir. Hər iki reytinqdə də Bezos Bill Gates-i geridə qoyub. Bugünki tarix üzrə olan məlumatlara əsasən “Amazon”un bir səhminin qiyməti 1246$ təşkil edir. Bu göstərici isə şirkətin dəyərli kağızları üçün tarixi maksimumdur. Jeff Bezos şirkətin 78.9 milyon səhminə sahibdir. O həmçinin məşhur Washington Post nəşriyyatının və Blue Origin kosmik şirkətinin sahibidir. Keçən ilin İyul ayında Bezos ilk dəfə dünyanın ən varlı şəxsi olmuşdu. Həmin vaxtda onun sərvəti 90.6 milyard dollar dəyərində qiymətləndirilirdi.

Technote.az