Keçi biznesi sərfəlidirmi?

Keçi biznesi iş qurmaq üçün yaxşı ideyadır. Bu işə başlamaq üçün hal-hazırda ən populyar olan saanen cinsindən istifadə edirlər. Son vaxtlar hələb keçisi də yerli fermerlər arasında reytinq yığır.

Vətəni Alp dağları olan saanen keçilərini həm əti həm də südü üçün saxlayırlar. Yerli keçilərdən 6 dəfə çox süd verir. Südü yağlıdır. Saanen keçi ferması qurmaq karlı iş sayılır. İribuynuzlu heyvan biznesindən daha rentabellidir. 7 saanen keçisinin xərci bir inəyin xərcinə bərabərdir. Keçi biznesinə başlarkən mütləq saf qan keçi seçmək vacibdir. Düzdür bəzi mütəxəssislər deyir ki, saanen keçilərinin yerli keçilərlə qarışığı da effektlidir.

İki keçi ilə bir yatırım eləsəniz, 6 ildən sonra 70 keçilik sürünüz olacaq. Bir litr südü 2-3 Azn-ə satılır

Yaş, saxlanma və vücud quruluşundan asılı olaraq bu keçilər 500-1500 Azn arasında satılır. Gündə 2,5 və 5 litr arasında süd verir. Dəniz yükəskliyi artdıqca süd verimi də artırmış. Bir dəfəyə 2 vəya 3 bala verə bilir.

Bir inək qədər süd verir desək yalan olmaz. Çünki inək ildə ortalama iki ton süd verirsə, saanen keçisi də ildə bir tondan yuxarı süd verir. Qiymətlərini də nəzərə alsaq saanen keçi biznesi daha sərfəli sayıla bilər. Fermerlər qeyd edir ki, səhər və axşam olmaq üzərə gündə iki dəfə sağılır, hər sağımda 2-2,5 l süd alınır. Daha yaxşı saxlanma və yemləmə ilə daha çox süd əldə etmək də mümkündür. 

Aşağıda, Türkiyədəki yerli keçi ilə saanen keçilərinin müqayisəli təhlili verilib:
Verim Özellikleri:   İsviçre Saaneni Yerli Kıl Keçileri
Canlı ağırlığı  50-55 kg (ergin) 45-50 kg (ergin)
Döl verimi  0-200 %80
Laktasyon süresi  270 gün 150 gün
Laktasyon verimi  600 kg 40 kg
Sütte yağ  %3-3.3 %3-3.3
Günde Ort.Süt Ver. 2.2 kg 0.27 kg


  • Haqqımızda

    Biznesmen.az Azərbaycanda sahibkarlığın mövcud vəziyyətinin daha da sürətlənməsi üçün fəaliyyət göstərməkdədir. Ölkədəki sahibkarlar biznesmen.az vasitəsi ilə dünyada və ölkədə biznes və alt ixtisaslarda nələrin baş verdiyini, nə kimi yeniliklərin olduğunu oxuya bilər, ölkəmizdə olan və dünya mütəxəssislərinin reportajlarını dinləyə bilər, sahibkarları yaxından maraqlandıracaq mövzularla baş tutacaq radio verlişlərimizi dinləyə bilərlər. Bizneslə bağlı maraqlı verlişləri, saytımızdan və sosial şəbəkədə olan hesablarımızdan izləyə bilərlər. 

  • Seçilmiş yazılar

  • Twitter yazıları