Kosmik startap 100 milyon dollar cəlb edib

Biznesmen.az Bloomberg agentliyinə istinadən xəbər verir ki, Elon Muskın SpaceX kosmik startapı 100 milyon dollar həcmində investisiya cəlb eydiyini elan edib.

Həmçinin verilən məlumatda qeyd olunur ki, 2017-ci ilin oktyabr ayında startapın 350 milyon dollar yatırım cəlb etməsi haqqında məlumat verildi.

Space X startapa oktyabrda və indi məhz olaraq kimin yatırım etməsini açıqlamır. Şirkətin dəyəri isə hazırda 21,5 milyard dollar olaraq qiymətləndirilir.

Qeyd edək ki, Space X şirkətinin ilk investorları Alphabet və Fidelity Investments olub. Onlar 2015-ci ildə startap 12 milyard dollar qiymətləndirildiyi zaman ona 1 milyard dollar yatırmışdılar.

Banker.az