Liderlərin şirkətin gələcəyini yaxşı görməsi üçün 4 qayda

Liderlik hündür təpədən yerləşdirilmiş teleskopa bənzəyir. O, bir şirkətin insan resursları, sərmayesi, hədəfləri haqqında ən geniş məlumatlara sahib olan şəxsidir. Elə bu səbəbdəndir ki, bəzi şirkətlər doğru şəkildə müəyyən edilmiş hədəflərə sahib olsa da, düzgün şəkildə idarə edilməmsindən dolayı uğur qazana bilməmişdir.

Günümüzdə keçmiş idarəçilik şəkillərindən ilham alan şirkət idarəçiləri yetərli qədərdir. Nəzərə alsaq ki, son bir neçə ildə texnoloji inkişaf başda olmaqla digər səbəblərdən dolayı, şirkətlər öz işlərini dijital mühitə uyğunlaşdırmağa çalışmaqdadırlar. Amma, bu mübarizə hər şirkət idarəçiliyində heç də istənilən nəticəni ortaya qoymamaqdadır. Yuxarıda da bəhs etdiyimiz kimi, liderlik və yaxud da şirkət idarəçiliyi sanki qurumdakı bütün yenilikləri görəbiləcək əlverişli stratejik mövqeyə və eyni zamanda da, teleskopa sahibdir. Amma, təəssüflər olsun ki, bəzi idarəçi mövqelər tərəddüdlərdən dolayı doğru qərarları verməkdə çətinlik çəkir, yəni olnların teleskopları toz basdığından artıq işlək vəziyyətdə deyil.

Son illərdə “Institute for the Future” tərəfindən həyata keçirilmiş araşdırmalar nəticəsində, araşdırmaya qatılanlardan sadəcə 30%-nin əllərində olan qaynaqlardan istifadə etmə bacarığında olduğunu, 50%-inin isə, bu qaynaqlardan nə şəkildə istifadə edəcəklərindən xəbərsiz olduğunu etiraf etmişdir. Araşdırmaya qatılanlardan yalnızca 10%-i əllərindəki qaynalqara və özünə güvəndiyini deyərək, yenilik gətirə biləcəklərini bildirmişlər.

Deloitte tərəfindən 2014-cü ildə ABŞ-da  liderlər arasında həyata keçirilmiş sorğunun nəticəsinə görə, onların böyük bir qismi rəqiblərini üstələyəcəklərinə əmin olsalar da, gözlənilməz maniələri ortadan qaldırmaq üçün verdikləri qərarlarda xeyli tərəddüdlü olduqlarını demişlər.

Həyata keçirilmiş digər bir sorğu və araşdırma nəticəsində, liderlərin yenidən öz teleskoplarından gərəkdiyi kimi istifadə etmələrinə kömək olacaq 4 xüsusiyyət aşağıdakı kimi ələ alınmışdır.

Diqqətcil Olmağa Çalışmaq.

Artıq liderlərin öz şirkətlərinin uğura aparmaq üçün oxuduqları klassik kitabları tərk etməyin əsil vaxtıdır. Qısacası özünüzü yeniliyə hazırlayın.

Əgər başlanğıc nöqtəsinin nə olacağı haqqında düşünürsünüzsə boşuna vaxt itirməyin. Fikir alış-verişini həyata keçirmək üçün, lidelərdən ibarət bir qrup yaradın. Bu qrup trendlər, yeniliklər haqqında məlumatlara sahib olmaqla bərabər ortaya çıxacaq problemlərə həll yolu gətirəcək keyfiyyətlərə də sahib olmalıdır. Çünki, siz tək başınıza bunların hər birini idarə edəcək gücdə olmaya bilərsiniz. Qrup tərəfindən ortaya atılan bütün fikirləri dəyərləndirərək, ən uyğun olanlarını qiymətləndirməyə çalışın.

Dəyişimə Açıq Olmaq.

Bir lider olaraq sizin qəbul etdiyinizi qərar ya da hədəf,  heç kimdə bu hədəfə çatılmayacağı şübhəsi oyatmamalıdır. Bu zaman hər kəs tərəddüdsüz olduğundan hədəfə çatmaq daha asan olacaqdır. Bunun üçün lider olaraq sizin üzərinizə düşən isə, hədəflərinizi, bu hədəf içində hər kəsin vəzifəsini və hədəfinizə çatan zaman nəticənin şirkətə nə qazandırdığını bütün kollektivə bəhs etməlisiniz.

Şirkətə Yeni Nəfəs Gətirmək.

Siz bir lider olaraq dəyişim tərəftarısınızsa və bunu dəstəkləyirsinizsə, bu şirkətə yeni nəfəs gətirmək deməkdir. Siz bu dəyişimlərə ayaq uydurmağa çalışaraq illərdir şirkətin uğura çatmasında başlıca maneə olan sabit, dəyişməyən zəncirləri qırmağı bacara bilərsiniz. Bu sizi şirkətdə o günə qədər heç kimin çatmadığı uğura aparacaqdır.

Qiymətləndirməyi Bacarmaq.

Şirkətin hədəf və vizyonu şirkət üçün gələcəyin qarantisi mövqeyindədir. Bu hədəfləri gerçəkləşdirmək kollevtik ruhu ilə hər nə qədər mümkün olsa da, daha doğru olanı isə, bu kollektiv içində yer alanların hədəfdən xəbərdan olmaları ilə bərabər, bu hədəflərə çatmaqda yetərli bacarıqlara sahib olmalarıdır. 1980-ci ildə Ford önəmli qərarların qəbul edilməsini, “Quality is Job 1” kampanyasında,  işçilərə həvalə etməsi bunun bariz nümunəsidir. Bir başqa örnək isə, 1998-ci ildə Confinitynin işçilərini öz işlərini qoyub onun yerinə maliyyə hesabları ilə maraqlanmalarını istəməsi, “PayPal”-ın ortaya çıxmasına səbəb olmuşdur. Qısacası bəzən şirkət olaraq müəyyən edilmiş hədəflərin işçilərə bəyan edilməsi yetərli deyildir. Daha doğru olanı, onlara hədəfin bir parçası olan işləri bacara bilmələri üçün fürsət verilməsidir. 

Bu yazı 5-6 noyabr 2015-ci ildə Vyanada baş tutan 7th Global Drucker Forum iştirakçılarından bir təklifdir. Forumun əsas mövzusu - Rəqəmsal Dövürdə İdarəetmə.


  • Haqqımızda

    Biznesmen.az Azərbaycanda sahibkarlığın mövcud vəziyyətinin daha da sürətlənməsi üçün fəaliyyət göstərməkdədir. Ölkədəki sahibkarlar biznesmen.az vasitəsi ilə dünyada və ölkədə biznes və alt ixtisaslarda nələrin baş verdiyini, nə kimi yeniliklərin olduğunu oxuya bilər, ölkəmizdə olan və dünya mütəxəssislərinin reportajlarını dinləyə bilər, sahibkarları yaxından maraqlandıracaq mövzularla baş tutacaq radio verlişlərimizi dinləyə bilərlər. Bizneslə bağlı maraqlı verlişləri, saytımızdan və sosial şəbəkədə olan hesablarımızdan izləyə bilərlər. 

  • Seçilmiş yazılar

  • Twitter yazıları