Liderlik üçün beş psixoloji qayda

Florida Əyalət Universitetinin psixologiya professoru Anders Ericssona görə liderliyə, bir işdə ustalığa aparan yolun açarı "O sahədə performansı artıraraq davamlı olaraq səy göstərməktir.". Bu yolu professor 5 qaydada ələ alıb.

1. Ericsson hər həftə bir dəfə tenis oynayan insanlar, hər dəfəsində eyni işləri edərlərsə bir addım belə irərləyə bilməzlər deyir. Siz hər dəfəsində öz performansınızı artırmalısınız. yəni bu gün bu işə 10 dəqiqə vaxt ayırırsınızsa sabah biraz daha çox vaxt ayırın. Əgər bu gün 10 maşın satırsınızsa,sabah çalışın 11 maşın satasınız. Bu artımı etməyə davamlı olaraq sizdə istək olmalıdır.

2. Təkrar,təkrar etmək önəmlidir. Taki o sahədə professional olana qədər. Daha əzimli,daha şövqlə. Eyni şeyləri etdiyiniz zaman sıxılmadan,daha yaxşısını etmək üçün səy göstərməlisiniz. Əlbətdəki bunu edərkən birinci qaydanı yaddan çıxartmamaq lazımdır.

3. Zəif yönlərinizin nələr, üstün yönlərinizin nələr olduğunu yaxşı bilməlisiniz. Gördüyünüz işlərdən geri bilidirişlər almalısınız. Üstün və zəif yönlərinizi bilməsəniz hər dəfə eyni səhvləri etməkdə davam edəcəksiniz.

4. Ericsson çoxumuzun yaxşı olduğumuz işlərdə işlədiyimizi ama yalnız öz səhvlərini düzəldənlərin yuxarı məqamlara qalxdığını vurğulayır. Səhvləri düzəltmək üçün tez və daha düzgün metodlardan istifadə edənlər, tez məqamlarında yüksələnlərdir. Ona görə Ericsson metod və strategiyalarımızı düzgün seçməli olduğumuzun vacibliyini söyləyir.

5. Fiziki və mənəvi yorğunluğa daima hazır olmalısınız. Çox az adam çətin sınağlardan keçə bilir. Buna görədə bu çətin sınağlardan çıxa biləcək insanlardan biri siz olmalısınız.


  • Haqqımızda

    Biznesmen.az Azərbaycanda sahibkarlığın mövcud vəziyyətinin daha da sürətlənməsi üçün fəaliyyət göstərməkdədir. Ölkədəki sahibkarlar biznesmen.az vasitəsi ilə dünyada və ölkədə biznes və alt ixtisaslarda nələrin baş verdiyini, nə kimi yeniliklərin olduğunu oxuya bilər, ölkəmizdə olan və dünya mütəxəssislərinin reportajlarını dinləyə bilər, sahibkarları yaxından maraqlandıracaq mövzularla baş tutacaq radio verlişlərimizi dinləyə bilərlər. Bizneslə bağlı maraqlı verlişləri, saytımızdan və sosial şəbəkədə olan hesablarımızdan izləyə bilərlər. 

  • Seçilmiş yazılar

  • Twitter yazıları