Heç kim birdən birə lider ola bilmir - Ataman Özbay

Yaxınlarda bir seminara qatıldım. Bu seminara Ataman Özbay da öz dəyərli məsləhətlərini bizimlə bölüşmək üçün qatılmışdı. Gəlin ilk öncə Ataman Özbay kimdir qısa şəkildə bir baxaq.

Şelale Pera Max-Limoni, Uni, Uni Mad, Uni Baby Yeni Doğan ve 50-nin üstündə markanın qurucusudur. 17 il ərzində heç bir reklam etmədən 8 ölkədə öz sektorunda lider olmuşdur. 65 ölkəyə məhsullarını ixrac edən fabrikini 2012-də Eczacıbaşına təhvil vermişdir. Ləqəbi "İslak mendil mucidi" olaraq tanınır.

  • Uşaqlıqda çox kasıb ailədən olan və tək başına bu qədər yol qət etmiş liderdən qeydə aldığım məsləhətləri sizinlə bölüşürəm.
  • Heç kim birdən birə lider ola bilmir. Əlbətdəki nə qədər tez lider olmağınız sizdən aslıdır. Liderlik vaxt və təcrübələr sonrası ortaya çıxar.
  • Liderlik üçün davamlı yenilənən quruluş lazımdır, hər gün yeni təkliflər lazımdır və bu təklifləri edə bilmək üçün iradə lazımdır.
  • Nə iş gördüyüvüzdən aslı olmayaraq iş sevgisi lazımdır. Yalnız iş sevgisi sizi gündən günə irəli apara bilər.
  • Bir yerə vəya bir görüşə getmədən əvvəl mütləq gedəcəyiniz yerin və görüşəcəyiniz adamın haqqında məlumatlar toplayın. İnanın ki bu sizə çox kömək olacaq. Bunu etdiyiniz zaman həmdə görüşəcəyiniz adamla rahat ünsiyyət qura bilərsiniz.
  • Bacardığınız qədər kitab oxuyun. Hər kitabdan sizə lazımlı ola biləcək qeydlərinizi götütün.
  • Dünyadakı ən böyük qazancın dürüstlük olduğunu söyləyən lider bu yerlərə gəlib çıxmasında dürüst olmağının böyük rol oynadığını söylədi.
  • Tədbirlərə,sərgilərə qatılmaq hər zaman bir liderə xeyir verməkdədir. Çünki lider hər şeyi fərqli yönündən izləməyi bacarır və görür.
  • Nə olursa olsun mübarizə aparın,gec tez istədiyinizə nail olacaqsınız.
  • Sizə edilən yaxşılıqları heç vaxt unutmayın. Gələcəkdə böyük işlər qursanız bu yerlərə bu yaxşılıqlar sayəsində gəldəyiniz həmişə ağlınızda olsun.
  • Liderlərdə təşkilatçılıq bacarığı olur. Hər qrup içərisində seçilməyə çalışın və yaxşı bacarığlarınızı ortaya qoyaraq ətrafınızın yaddaşlarında qalın.
  • Fərqli işlərdə iş təcrübəsinin olması, həm dünya görüşünüzü artırar həmdə liderlik pilləsində qalxmaqda sizi dahada sürətləndirər.

Bu məsləhətləri sizinlə paylaşmaq mənə xoşdur. Sizdə bunu paylaşın ki, daha çox insan bundan yararlana bilsin.