Mediada “fərqlənən” otellərimiz

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin aprel ayı üzrə analiz işini yekunlaşdırıb.

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Media Təqib Mərkəzi otellərlə bağlı aprel ayı üzrə məlumatları təqdim edir.

2016-cı ili aprel ayında elektron mətbuatda, yəni sayt və portallarda otellərlə əlaqəli 764 xəbər yerləşdirilib. Aprel  ayında elektron mətbuatda, yəni sayt və portallarda otellərlə əlaqəli xəbərlərdən 19-u mənfi,745-i isə neytral xəbərdir.

Mənfi xəbərlər arasında lider: Altes Plaza (18 xəbər - ALTES GROUP-un qanunsuzluqları haqda iddialar), Emerald Hotel Baku (1 xəbər - əxlaqsızlıq çirkabına bulaşanlar).

Xəbər sayına görə sıralama:

  1. Hilton Baku

79 xəbər

  1. Excelsior Hotel & Spa Baku

79 xəbər

  1. Park Inn Hotel Baku

77 xəbər

  1. Fairmont Baku

65 xəbər

  1. Sheraton Baku

62 xəbər

   

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 97 xəbər dərc edilib.Aprel  ayında yazılı  mətbuatda  otellərlə əlaqəli xəbərlərdən 95-i neytral, 2-si isə mənfi xəbərdir.

Mənfi xəbərlərin hamısı Altes Plaza-ya (əmlakının həbsi üzrə 10-dan artıq məhkəmə keçirilib) məxsusdur.

Xəbər sayına görə sıralama:

  1. Park Inn Hotel Baku

13 xəbər

  1. JW Marriott Hotel Absheron Baku

12 xəbər

  1. Hilton Baku

12 xəbər

  1. Excelsior Hotel & Spa Baku

11 xəbər

  1. Fairmont Baku

8 xəbər

Aprel ayında televiziya kanallarında bu sektorla əlaqəli 6 neytral xəbər göstərilib .

Aprel ayında radio kanallarında bu sektorla əlaqəli xəbər yoxdur .