Məğlubiyyətizin imkansız olmalıdır

Bu yazımda məğlubiyyətinizi imkansız edən bəzi ünsürlər vardır ki, onlara toxunmuşam. Məğlubiyyət kəliməsi sadecə müharibələr və yaxud idman oyunları üçün keçərli deyildir. İş həyatında rəqiblərin çoxluğu,sürətli inkişaf sizin rəqiblərinizlə mübarizə aparmağınızı tələb edir. Mübarizə apara bilmədiyiniz təqdirdə müvəffəqiyyət əldə edə bilməyəcəksiniz.  İlk öncə  müvəffəqiyyət qazana bilməcəyinizə özünüz inanmalısınız.

Qorxu, şübhə hər zaman müvəffəqiyyətin düşməni olmuşdur. Bunlar, üzərində qələbə qazanılması lazım olan başlıca düşmənlərdir. Hər kəs nədən və yaxud nələrdənsə qorxar. Ortalama insanlar riskli vəziyyətlərdən, qorxu gətirəcək hadisələrdən çəkinirlər. Cəsur insanlar isə, hər zaman özlərini qorxulu bir şeyi etməyə təşviq edirlər. Biznes sektoruda belədir. Ama biznes sektoru üçün cəsurluqla birlikdə, ağıllı analizlər etmə bacarığınında olması lazımdır.

Dediyimiz kimi hər bir işin riski olduğu üçün, o işi görənlərində hər birində qorxu vardır. Sizi, öz sektorunuzda böyük müvəffəqiyyətlərdən uzaq tutan o qorxunu aşkar edin. Sonra, bu qorxunun sizdə heç olmadığını düşünün. Etdiyiniz hər bir işdə müvəffəqiyyətin zəmanət olduğunu düşünün. Heç bir qorxunuz olmazsa necə hərəkət edərdiniz?

İnanın ki, qorxunu içinizdə yox  etməklə siz gündən günə qələbəyə, hədəflərinizə və müvəffəqiyyətinizə addımlayacaqsınız.