Məqsədimiz Azərbaycan brendini dünyada tanıtmaqdır - Toygar Barut

“Hər şey ev üçün!” şüarı ilə fəaliyyətə başlayan mağazada ev, bağça, ofis üçün lazım olan məhsullar satışa təqdim olunur.

Mağazanın direktoru Toygar Barut ““Decoria” - Azərbaycan brendidir. “Gənclik Mall”da yerləşən mağazamızın sahəsi 2 min kvadratmetrdir. Ev, bağça və ofisdə istifadə oluna biləcək əşya və avadanlıqları burada əldə etmək mümkündür” deyib.

- Məhsullar hansı ölkələrdən idxal olunur?

- Mağazamızda müştərilərə 200-dən artıq istehsalçı və 400-dən çox markanın 10 mindən artıq çeşiddə məhsulları təklif  olunur: elektrik malları, xalça, mebel dəstləri, duş kabini, divar kağızları, boya və s. Bunlar Türkiyə, Almaniya, Hollandiya və digər ölkələrdən mağazamıza gətirilir.

- Bakıdan başqa digər şəhər və rayonlarda “Decoria” mağazasını açmaq planınız var?

- Bakıda mağazamızın sayını 3-ə çatdırmağı, 4 il ərzində isə Azərbaycanın digər rayon və şəhərlərində 10 mağaza açmağı planlaşdırırıq. İlk növbədə, Gəncə ilə bağlı danışıqlarımız olub. Daha sonra Azərbaycandan kənarda da mağazalarımızı açmaq istəyirik. Hədəfimiz Azərbaycanın “Decoria” markasını dünyada tanıtmaqdır.

- Azərbaycanda belə bir mağaza açmaq istəyiniz nədən qaynaqlandı?

- Mən Türkiyədə uzun illər “Tekzen” marketlər şəbəkəsində fəaliyyət göstərmişəm. Bu minvalla Azərbaycanın paytaxtı Bakıda ilk mağazanı açmağa qərar verdim. Məhsulların bu cür zəncirvarı satışı Türkiyədə ilk dəfə 20 il əvvəl “Tekzen”lə başlayıb. Məsələn, müştəriyə bağ üçün lazım olan avadanlıqları bir yerdən almaq daha uyğundur: masa, stul, çiçək, toxum və s. Oxşar sözləri, eləcə də ev və ofis haqqında da söyləmək olar.  

Əsas məqsədimiz isə məhsulun keyfiyyətli, hər cibə uyğun qiymətə olması və müştərinin məmnun qalmasıdır.

- Məhsulların qiymətləri barədə məlumat verə bilərsinizmi?

- Burada həm 1 manata, həm də 2000 manata olan məhsullarımız var. Qiymət seçimdən asılıdır. Bu sahədə qiymətlərlə maraqlandıq və müştərilər üçün ən uyğun qiymətləri tərtib etdik.

Oxu.az


  • Haqqımızda

    Biznesmen.az Azərbaycanda sahibkarlığın mövcud vəziyyətinin daha da sürətlənməsi üçün fəaliyyət göstərməkdədir. Ölkədəki sahibkarlar biznesmen.az vasitəsi ilə dünyada və ölkədə biznes və alt ixtisaslarda nələrin baş verdiyini, nə kimi yeniliklərin olduğunu oxuya bilər, ölkəmizdə olan və dünya mütəxəssislərinin reportajlarını dinləyə bilər, sahibkarları yaxından maraqlandıracaq mövzularla baş tutacaq radio verlişlərimizi dinləyə bilərlər. Bizneslə bağlı maraqlı verlişləri, saytımızdan və sosial şəbəkədə olan hesablarımızdan izləyə bilərlər. 

  • Seçilmiş yazılar

  • Twitter yazıları