Michael Delldən biznesmenlər üçün 3P qaydası

Dellin qurucusu Michael Dell bəlkə əvvəlki zamanlardakı kimi göz qabağında olmasada hələ də çox vacib insanlardandır. Dell şirkəti, PC satışlarındakı durğunluğ dönəminə girmiş olsada hələdə texnologiya dünyasında başda gələn markalardandır.

Yaxşı bəs Michael Dell bu uğura necə nail oldu və biznes təşəbbüsündə biznesmenlərə məsləhətləri nələrdir?

Tanınmış iş adamı inc.com üçün şəxsən qeydə aldığı yazıda bu mövzuya toxunmuşdur.

"Necə uğurlu biznesmen oldunuz?" sualını qəbul etməyən Dell, belə bir cavab vermişdir. "Əgər siz necə uğurlu biznesmen olmusunuz sualını verirsinizsə, deməli sizdə biznesmen ruhu yoxdur." İndiyə qədər çox uğurlu insanların ona nəsihət verdiyini söyləyən Dell belə bir cümlə işlətmişdir. " Əgər mən onların hər birini dinləsəydim, indi yazılarımı İBM komputerləri ilə yazmış olardım. İBM daha komputer istehsal etmir ama mən yazımı Dell markalı bir komputerdən yazıram." Yəni Michael Dell demək istəyir ki, əgər biznesmen olmaq istəyirsinizsə öz hədəfiniz üçün fəaliyyət göstərməli başqalarına isə çoxda qulaq asmamalısınız.

Michael Dell biznesmenlərdə olması vacib olan 3P qaydasını aşağıdakı şəkildə açıqlamışdır.

"Passion" - Nə istədiyinizi kəşf edin.

Biznes təşəbbüskarları, layihələrini həyata keçirdə bilmək üçün hər kəsdən artıq işləyərlər. Ancaq onlara bu qədər çox çalışmaqları barədə söz desəniz, heçdə peşmanlıq hiss etmədiklərini söyləyərlər. Çünki davamlı fəaliyyətdə olmaqları onları istəklərinə aparacaq yeganə şey olduğunu bilirlər. Bu onlar üçün əyləncəli və enerji verən bir işdir. Onlar bundan zövq alırlar çünki istəkləri doğrultusunda hərəkət edirlər.

Mən də kiçik olanda texnologiyaya çox həvəsim var idi. Hələ balaca ikən fərqli səslər çıxaran mexanizmalar ağlımı başımdan alırdı. Elə buna görədə texnologiyanın mənim istək və arzum olduğunu yaxşı anlayırdım. Ona görə də tam gücümlə istəklərimə doğru getdim.

"Problem" - Həll edəcək bir problem tapın.

Hər uğurlu biznes fikrinin arxasında bir problemi həll etməsi dayanır. Əgər ortaya qoyduğunuz idea ilə həll edəcəyiniz problem böyükdürsə, sizə verəcək faydasıda böyük olar. Məndə bir İBM komputerini detallara ayıranda 2 problem ortaya çıxartdım. Birincisi hər bir detalın fərqli istehsalçılardan gəldiyi idi. İkinc prblemi isə detalların toplam qiymətinin 600 $ olduğu halda, komputerin qiymətinin 3000 $ olması idi. Daha yaxşı bir yolun var olmasından əmin idim Bununlada Dell yarandı.

Mənim həll etdiyim problem PC sahəsini dəyişdirə bildi. İnanın mənə sizin sahənizdə bir gün dəyişəcəkdir. Ətrafda sahənizlə bağlı həll olmayan bir çox problemlər var. Bu problemləri siz tapıb həll etsəniz, sahənizdəki dəyişikliyi də siz edəcəksiniz.

"Purpose" - Bir məqsədiniz olsun.

İstək və problem bir şirkəti qurmaq üçün bəs edər. Fəqət sizi gedəcəyiniz yerə aparacaq məqsədinizdir. Delli ilk dəfə qurduğumda bir məqsədimizin olduğundan əmin deyildim. Ama daha sonra məqsəd gəlib bizi tapdı. Məqsəd bu idi  "Bütün dünyaya texnologiya adaptasiyasını artırmaq və insanların potansialını ortaya çıxartmaq."

Bu yola çıxarkən işlərin bu yerə gəlib çıxacağını heç düşünməmişdim. Qazandığım təcrübə ilə bundan sonra uzun zaman daha işləmək və daha çox problem həll etmək istəyindəyəm.

 


  • Haqqımızda

    Biznesmen.az Azərbaycanda sahibkarlığın mövcud vəziyyətinin daha da sürətlənməsi üçün fəaliyyət göstərməkdədir. Ölkədəki sahibkarlar biznesmen.az vasitəsi ilə dünyada və ölkədə biznes və alt ixtisaslarda nələrin baş verdiyini, nə kimi yeniliklərin olduğunu oxuya bilər, ölkəmizdə olan və dünya mütəxəssislərinin reportajlarını dinləyə bilər, sahibkarları yaxından maraqlandıracaq mövzularla baş tutacaq radio verlişlərimizi dinləyə bilərlər. Bizneslə bağlı maraqlı verlişləri, saytımızdan və sosial şəbəkədə olan hesablarımızdan izləyə bilərlər. 

  • Seçilmiş yazılar

  • Twitter yazıları