“Microsoft” yeni telefonunu təqdim etdi

Münasib qiymətli məhsulları ilə xüsusən Hindistan və Cənubi Amerikadakı ölkələrdə olduqca məşhur bir vəziyyətdə olan “Microsoft”, yeni telefonu“Lumia 650” modelini təqdim edib. Satış qiymətinin 199 dollar (310 manat) olaraq elan edildiyi “Lumia 650” telefonu 5 düym 1280×720 piksel HD ekrana malikdir. Yeni nəsil Snapdragon 212 çipseti olan cihazın 16 GB hafizə (Microsd kart dəstəyi var), 1GB sistem yaddaşı var. 2000 mAh batareya gücü olan telefonun, ən əhəmiyyətli xüsusiyyəti 6,9 mm qalınlığa malik olmasıdır. “Lumia 650” yaxın günlərdən etibarən satışda olacaq.


  • Haqqımızda

    Biznesmen.az Azərbaycanda sahibkarlığın mövcud vəziyyətinin daha da sürətlənməsi üçün fəaliyyət göstərməkdədir. Ölkədəki sahibkarlar biznesmen.az vasitəsi ilə dünyada və ölkədə biznes və alt ixtisaslarda nələrin baş verdiyini, nə kimi yeniliklərin olduğunu oxuya bilər, ölkəmizdə olan və dünya mütəxəssislərinin reportajlarını dinləyə bilər, sahibkarları yaxından maraqlandıracaq mövzularla baş tutacaq radio verlişlərimizi dinləyə bilərlər. Bizneslə bağlı maraqlı verlişləri, saytımızdan və sosial şəbəkədə olan hesablarımızdan izləyə bilərlər. 

  • Seçilmiş yazılar

  • Twitter yazıları