“Microsoft”dan tarixi addım: “Xbox One” və masaüstü kompüterlər birləşdirilir

ABŞ-ın “Microsoft” korporasiyasının mütəxəssisləri “Xbox One” cihazını və masaüstü kompüteri bir platformada birləşdirir.

 Korporasiyanın oyun bölməsinin rəhbəri Fil Spenser bildirib ki, bu addım “Universal Windows Applications” əlavəsinin işə salınmasına imkan verəcək.

 Onun sözlərinə görə, belə bir qərarın verilməsi “Microsoft” üçün 2015-ci ilin kulminasiyasıdır. 2016-cı ilin əvvəlində korporasiya “Windows 10” əməliyyat sisteminin son versiyası üçün “Xbox” əlavəsini elan edib. O əmindir ki, bu birləşmə gələcəyi görməyin inkişafı üçün son addımdır. Nəticədə masaüstü kompüterlərdə “Xbox One” üçün tərtib edilən istənilən oyunu oynamaq mümkün olacaq.

 Bundan başqa, “Microsoft” sabit cihaz təminatından imtina etmək niyyətindədir. Bu isə masaüstü kompüterlərin istifadəçinin öz istəyi ilə yığılmasına imkan yaradacaq.

 Bir çox mütəxəssislər hesab edir ki, bu addım Amerika korporasiyası üçün tarixi bir addım olacaq.


  • Haqqımızda

    Biznesmen.az Azərbaycanda sahibkarlığın mövcud vəziyyətinin daha da sürətlənməsi üçün fəaliyyət göstərməkdədir. Ölkədəki sahibkarlar biznesmen.az vasitəsi ilə dünyada və ölkədə biznes və alt ixtisaslarda nələrin baş verdiyini, nə kimi yeniliklərin olduğunu oxuya bilər, ölkəmizdə olan və dünya mütəxəssislərinin reportajlarını dinləyə bilər, sahibkarları yaxından maraqlandıracaq mövzularla baş tutacaq radio verlişlərimizi dinləyə bilərlər. Bizneslə bağlı maraqlı verlişləri, saytımızdan və sosial şəbəkədə olan hesablarımızdan izləyə bilərlər. 

  • Seçilmiş yazılar

  • Twitter yazıları