Milyard dollarlıq şirkətlərin rəhbərlərindən pərdə arxasında olan sirlər

Ötən günlərin birində milyard dollarlıq 4 şirkət qurucusunun iştirakı ilə dəyirmi masa ətrafında bir tədbir təşkil olundu.

1. Todd Peterson, şirkətin mərkəzi UtahProvoolan və “Blackstone”a 2 milyard dollara satılan texnoloji məişət avadanlıqları firmasının qurucusudur.

2. Josh James, şirkətin mərkəzi Utaholan və bir müddət öncə 200 milyon dollar qazanc əldə edərək dəyərini 2 milyard dollara yüksəldən iş zəkası proqramı Domo’nun qurucusudur.  

3. Ryan Smith, şirkətin  mərkəzi UtahProvoolan, dəyəri 1 milyard dollardan çox olan bir anket proqramı şirkəti Qualtrics’in qurucusudur.

4. Son olaraq David Elkington, şirkətin mərkəzi UtahProvoolan, 1.5 milyard dollarlıq dəyərə sahib satış proqramı şirkəti olan InsideSales’in qurucusudur.

Müzakirə mövzusu iş adamlarının macəraları, onların nələri öyrəndiyi və biznesmenləri cəsarətləndirmək üçün nələrin tövsiyyəedilməsini əhatə edirdi.  

  • Sizi Uğura Doğru Aparacaq Bir Şey Tapın

Biznesmenlər və ya sahibkarlar kimlərinsə yalnış olduğunu sübut etmə arzusu ilə dolu olmalıdırlar.

Bu mövzu ilə əlaqədar nümunə olaraq James, ilk şirkətinə (Omniture) olduqca çox maraq göstərən potensiyal investor ilə etdiyi bir söhbət haqqında danışdı. Söhbət əsnasında investor qəflətən “Şirkətin mərkəzi haradır” deyə sual verib. James şirkətin mərkəzinin Utah olduğunu dedikdə investor söhbəti dayandırıb və xudahafiz belə demədən çıxıb gedib.

Bu hadisə James üçün olduqca vacib olub. İnvestorun arxasınca baxarkən yalnız şirkətinin uğur qazanması üçün deyil, eyni zamanda Utahın bir texnologiya mərkəzi olaraq tanınması üçün də çalışacağına o an qərar verib.

  • Yüksək Səviyyədə İnsanları İşə Götürün, Sonra Yollarından Çəkilin

Bu fikir 4 biznesmenin də razılaşdığı ortaq bir düşüncə idi. Mükəmməl işçiləri işə götürmək məsələsində gerçək həyatdan nümunələr göstərdilər. Hər biri bunun bir şirkət qurucusu olaraq edəcəyiniz ən önəmli amil olduğunu vurğuladılar.

Pedersen özü haqqında “sadəcə nələrsə sata bilən bir adam” olaraq qeyd edərək özünü tənqid edib. Əslində isə bu, onun bacarıqlarının az görünən bir hissəsi idi. Daha sonra Pedersen şirkət daxilində əməliyyatların idarəsi, işlərin daha səmərəli görülməsi və digər şirkət ehtiyacları üçün ixtisaslaşmış insanların işə götürülməsini vurğulamış, özünün əsas uğurunun da bu olduğunu qeyd etmişdir. Bəlkə də özü məhdud bacarıqlara sahib bir adam idi, amma bu bacarıqlarını təcrübəli mütəxəssisləri işə götürərək sürətli şəkildə inkişaf etdirdi.

  • Gələcəkdə Şirkətləri Satmaq, yəni “Exit” üçün çalışmayın

Müzakirə zamanı hər kəs şirkətlərinə gələn satış təkliflərindən bəhs etdi. Bəzilərinə bu təkliflər çox tez və çoxlu sayda, bəzilərinə isə az sayda amma çox vacib təkliflər gəlmişdir.

4 biznesmenin hər biri şirkəti nə vaxtsa satmaq məqsədi uğrunda çalışmamağı tövsiyyə edir.

Smith son 7 ildir ki, tək düşündüyü şeyin Qualtrics şirkəti olduğundan danışdı. Qualtricsi idarə etmək xaricində heç bir şey etmək istəmədiyini qeyd etmişdir.

James də ilk böyük macərası olan Omniture şirkətindən bəhs edərkən, şirkətin satışından sonra özünü narahat hiss etdiyini, dərhal yenə iş qurmaq istədiyini qeyd etmişdir və dərhal özünə yeni bir iş qurmuşdur.

Sahibkar olaraq böyük uğurlar qazanmış biznesmenlərin təcrübələrindən nəticə çıxartmaq mükəmməldir. Bu məsələdə internetin gücü, məlumatların sürətlə yayılması heyrətamizdir və biz ötən əsrdə uğur qazanan biznesmenlərə görə daha şanslıyıq. Yetər ki, hara baxmaq lazım olduğunu bilək.


  • Haqqımızda

    Biznesmen.az Azərbaycanda sahibkarlığın mövcud vəziyyətinin daha da sürətlənməsi üçün fəaliyyət göstərməkdədir. Ölkədəki sahibkarlar biznesmen.az vasitəsi ilə dünyada və ölkədə biznes və alt ixtisaslarda nələrin baş verdiyini, nə kimi yeniliklərin olduğunu oxuya bilər, ölkəmizdə olan və dünya mütəxəssislərinin reportajlarını dinləyə bilər, sahibkarları yaxından maraqlandıracaq mövzularla baş tutacaq radio verlişlərimizi dinləyə bilərlər. Bizneslə bağlı maraqlı verlişləri, saytımızdan və sosial şəbəkədə olan hesablarımızdan izləyə bilərlər. 

  • Seçilmiş yazılar

  • Twitter yazıları