Milyarderlər Bitkoin barəsində nə düşünürlər?

Kütləvi informasiya vasitələrinin əsas xəbərlərindən biri Donald Trumpın Qüdsü (Yerusəlim) İsrailin paytaxtı olaraq tanıması, digəri isə, Bitkoinin qiymətinin artmasıdır. 

Bitkoin səhər saatlarında 16 000 dollara ticarət olunurdu. Hətta, bir bazarda 18 000 dollardan artıq ticarət olunurdu.

Bildiyimiz kimi, bitkoini dəyərləndirmək mümkün deyil. Onun daxili dəyəri yoxdur. İndiyə qədər, insanlar bitkoini başqalarına daha yuxarı qiymətə satacağı ehtimalına inanaraq alırlar. Beləliklə, bu insan psixologiyası üzərində bir spekulyasıdır.

Gəlin görək, uğurlu və ağıllı milyarder investorlar bitkoin barəsində nə düşünürlər?

Əfsanəvi aktivist investor olan milyarder Carl İcahn: “Mən bunu başa düşmürəm… Əgər siz belə köpüklərlə bağlı tarix kitablarını oxusanız… bu elə həmin şeydir”.

Dünyanın ən yaxşı dəyər investoru milyarder Uorren Baffet: “Bundan uzaq olun. Bunun daxili dəyərinin olması bir zarafatdır. Bu, sadəcə pulun ötürülməsi yoludur”.

Dünyanın ən nəhəng qlobal maliyyə mərkəzi banklarından birinin rəhbəri Jamie Daymon: “Bu, real bir şey deyil. Bu, fırıldaqdır”.

Dünyanın ən böyük hedc fondlarından birinin təsisçisi olan milyarder Rey Dali: “Bitkoin köpükdür… Spekulyativ insanlar bunu daha yuxarı qiymətə sata biləcəklərini düşünürlər və beləliklə, bu bir köpükdür”.

Milyarder investor Leon Cooperman: “Mən bitkoinə pul qoymamışam. Bitkoində eyforiya var”.

Milyarder Mark Lasry: “Mən bitkoinin qiyməti 300 dollar olanda almalıydım. Mən bunu başa düşmürəm. İştirak etmək məntiqli olardı, lakin mən bunun niyə məntiqli olması ilə bağlı hər hansı bir analiz verə bilmərəm. Mən bunun kütləvi şəkildə yayılmasına görə düşünürəm ki, bu realdır”.

Hedc fond təsisçisi milyarder Ken Qriffin: “Bu, gələcəyin valyutası deyil. Mən bunu fırıldaq da adlandırmazdım. Bitkoində Dağ Laləsi maniyasının bəzi elementləri var”.

Bəs, texnologiya sahəsində olan milyarder investorlar Bitkoin barəsində nə düşünürlər…

“Yahoo”nun təsisçisi Cerri Yanq: “Bitkoin rəqəmsal valyuta kimi tam inkişaf etməyib. Mən şəxsən rəqəmsal valyutanın cəmiyyətimizdə rol oynamaq qabiliyyətində olduğuna inanıram”.

Mark Kuban: O, bitkoini ilk dəfə “köpük” adlandıran şəxsdir. Kuban hazırda kriptovalyuta hedc fonduna investisiya edib.

Sabiq hedc fond meneceri Maykl Novaqratz bir zamanlar milyarder idi və bitkoin sayəsində milyarder statusunu qorumaqda davam edir: “Kriptovalyutalar bazarının ümumi həcmi 300 milyard dollardır. Bu qlobaldır. Mən bunun daha da irəli gedəcəyini hiss edirəm.” O, bitkoini 8 trilyon bazarı olan qızıla alternativ hesab edir… “orta müddətdə, bitkoin daha da qalxacaq”. Lakin, o, qəbul edir ki, heç bir şəxs bitkoinə sərvətinin 1-3%-dən artığını investisiya etməməlidir.

Moneta.az