Müflis olan bizneslər!

İllərin araşdırması və təcrübəsi nəticəsində biznesin uğuru üçün ən vacib amili olan satış haqqında “Müştəri Məmnuniyyəti” adlı kitabımı yazdım. Ümumi fikirləri cəmləşdirərək kitabımı oxuculara təqdim etdim.

İllər əvvəl, bu gün və illər sonrada biznesin uğuru üçün ən vacib amil satış olduğunu araşdırmalar nəticəsində təsdiqləyirik.

Bu gedişata biznes sahibləridə tam əmindirlər ki, satış baş verməyəndə heçnə baş vermir. Bütün fabrik, ofis, mal anbarları və s, satış olanda hərəkətə gəlir. Satış zəif olduğu təqdirdə isə bu proses tam əksinə gedir.

Biz bilirik ki, satıcılıq dünyada ən çətin peşələrdən sayılır. Eyni zamanda bu, məhdud bacarığa malik insanlara bacardıqları qədər çox pul qazanmağa imkan verən yeganə peşədir. Məhz bu peşənin çətin olması nəticəsində sahibkarlarda təcrübəli kadrları cəlb etməkdə çətinliklə üzləşirlər.

İllər ərzində, şirkətlərin hansı səbəbdən müflis olduqlarını aydınlaşdırmaq üçün minlərlə müflislik halları dərindən analiz edilmişdir. Bütün araşdırmaların nəticəsi bir səbəb üzərində cəmləşmişdir: zəif satış. Və bunun əkisinə olaraq hər bir parlayan biznesin, aksiyalarının qiyməti qalxan şirkətin arxasında “yüksək satış” dayanır. Yerdə qalan bütün faktorlar ikinci dərəcəlidir. Biznesdə etdiyiniz hər şey satışı ya yüksəldir, ya da zəiflədir. Hər şey ya kömək edir, ya da mane olur. Hər şey müştəriləri ya cəlb edir, ya da qaçırır. Satış məsələsinə gəldikdə hər şeyin müəyyən bir təsiri olur.

Mən biznes sahəsini körpə uşağa bənzədirəm. Onu daim diqqətdə saxlamaq, nazıyla oynamaq, nə istədiyini bilmək, vaxtı-vaxtında qayğısına qalmaq, onun elə körpə vaxtından tərbiyəsini, bünövrəsini doğru qoymaq lazım gərəkir.İillərcə bu uğurla davam etdiyi təqdirdə əlbətdəki biz balaca körpənin tam sağlam uşaq olduğunu görürük. Tam əminliklə deyirəm ki, biznesin inkişafı, onun intizamlı olması, doğru satış sisteminin qurulmasından irəli gəlir.

Satıcı və ya sahibkar olmağınızdan asılı olmayaraq, hər gün hər saat satış etmək üzərində diqqətinizi cəmləmək üçün kifayət qədər intizamlı olmalısınız.

Biznes sahiblərinə belə bir sualla müraciət edən zaman (Satış və marketinq sizin biznesiniz üçün nə qədər vacibdir?) belə bir cavabla qarşılaşırıq. Cavab birmənalı şəkildə çox sahibkar tərəfindən eyni olur: “Bu bizim biznesin ayaqda qalması və inkişafı üçün əsas şərtdir”. Amma əksər sahibkarların işini müşahidə edən zaman, onların hansı işlərə daha çox vaxt ayırmalarını müşahidə etmək olar. Nəticə olaraq, satışın biznes üçün ən vacib amil olduğunu bəyan edən eyni adamların cəmi 15 faizi satışa vaxt ayırdıqları məlum olur. Yerdə qalan vaxt, satışa aidiyyatı olmayan iclaslar, müzakirələr və müxtəlif administrativ işlərə sərf etmişdir.

Əgər siz satış meneceri və ya biznes sahibisinizsə özünüzü, vaxtınızın çox hissəsini əməkdaşlarınızın, son dərəcə vacib olan satış etməsində cəmləşdirməyə vadar etməlisiniz. Vaxtınızın 80-85 faizini əməkdaşlarınıza satış etməkdə və müştərilərlə görüşlərdə kömək etməyə sərf etməlisiniz. Kağız-kuğuz işlərini ya işdən əvvəl ya da işdən sonra görün, müştərilərlə işləmək üçün ən uyğun zaman olan iş saatlarını satışlara sərf edin.

Satıcı və ya biznesmen kimi özünüzə sual verə bilərsiniz, hal-hazırda gördüyüm iş satışa səbəb olurmu. Gün ərzində bu sualı bir neçə dəfə verin özünüzə. Hər dəfə cavab “xeyr” olduqda əlinizdəki işi bir kənara qoyun və satışa kömək edəcək vacib bir iş tapıb onunla məşğul olan hər kəsin də gün ərzində eyni sualı özlərinə vermələrini aşılayın.

Satışınız bol olsun!

Arzu Qafarlı

Ekspert

 

Fins.az