“Naz Lifan” 3 yeni model istehsal edəcək

Naxçıvan Avtomobil Zavodu 3 yeni “Naz lifan” modelini istehsal etməyə başlayacaq.

Bu barədə zavodun direktoru Musa Abdullayev bildirib. Belə ki, zavod rəhbəri bir neçə gün əvvəl Çində olub. Onun sözlərinə görə, ilkin olaraq təklif edilən 8 modeldən 3-nün Naxçıvanda yığılması planlaşdırılır.

  • “Naz lifan X80” və təcili tibbi yardım avtomobili

Bunlar “Naz lifan 820”, “Naz lifan X80” və təcili tibbi yardım avtomobilidir. Avtomobillər müxtəlif opsiyalarda yığılacaq. “Naz lifan 820” 1.8 litr mühərrikli mexaniki sürət qutulu və 2.4 l mühərrikli avtomat transmissiyalı 2 versiyada buraxılacaq, “Naz lifan X80” “Cip”i isə 2.4l mühərrikli avtomot sürət qutulu olacaq. Zavod M.Abdullayev bildirib ki, yeni modellərin istehsalına aprel ayından başlanacaq: “Ehtiyat hissələri su yolu ilə daşınır. Belə ki, avtomobillərin ehtiyat hissələri gəmi ilə Şanxaya, oradan da İran vasitəsilə Naxçıvana gətirilir. Daşınma zamanı gecikmələr olmasa, yeni modellərin istehsalına aprel ayında başlanacaq”.

  • Yeni modellərin qiymət məsələsi

Avtomobillərin qiymətləri isə hələlik müəyyən edilməyib: “Ehtiyat hissələri Çinin müxtəlif hissələrində istehsal edilir. Lifan zavodunda bütün ehtiyat hissələri yığıldıqdan sonra avtomobilin qiyməti müəyyən edilir. Digər xərclər də əlavə olunduqdan sonra yeni “Naz Lifan”ların qiyməti məlum olacaq”. M.Abdullayev əlavə edib ki, avtomobillərin qiymət məsələsinə xüsusilə diqqət yetirilir. Qiymətlər elə müəyyən ediləcək ki, öz siniflərində satılan digər avtomobillərdən ucuz olsun. M.Abdullayev ilin sonuna kimi ilin sonuna daha 4-5 yeni modelin də istehsalına başlanacaq.

  • Naz lifan”ların ehtiyat hissələri də Naxçıvanda buraxılacaq

Artıq “Naz Lifan”ların ehtiyat hissələri də Azərbaycanda istehsal ediləcək. M.Abdullayevin sözlərinə görə, ehtiyat hissələri yalnız Naxçıvanda istehsal ediləcək. Belə ki, ölkənin digər regionlarında ehtiyat hissələrinin istehsal edilməsi daşınmaz ilə bağlı əlavə xərclər yaradır və avtomobillərin qiymətinə təsir göstərdiyi üçün sərfəli deyil. Zavodun rəhbəri bildirib ki, bununla bağlı Çin tərəfindən razılıq əldə edilib. Hazırda Naxçıvan şirkətləri ilə danışıq aparılır. İlin sonuna kimi ehtiyat hissələrinin Naxçıvanda istehsalına başlanacaq.


  • Haqqımızda

    Biznesmen.az Azərbaycanda sahibkarlığın mövcud vəziyyətinin daha da sürətlənməsi üçün fəaliyyət göstərməkdədir. Ölkədəki sahibkarlar biznesmen.az vasitəsi ilə dünyada və ölkədə biznes və alt ixtisaslarda nələrin baş verdiyini, nə kimi yeniliklərin olduğunu oxuya bilər, ölkəmizdə olan və dünya mütəxəssislərinin reportajlarını dinləyə bilər, sahibkarları yaxından maraqlandıracaq mövzularla baş tutacaq radio verlişlərimizi dinləyə bilərlər. Bizneslə bağlı maraqlı verlişləri, saytımızdan və sosial şəbəkədə olan hesablarımızdan izləyə bilərlər. 

  • Seçilmiş yazılar

  • Twitter yazıları